• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Məşqçi və idman müəllimləri üçün seminar keçirilib.

     Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində təşkil olunan seminarı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov açıb. 

       Bildirilib ki, Naxçıvanda bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafına da xüsusi əhəmiyyət verilir, yeniyetmə və gənc­lərin fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada müasir idman infra­strukturunun, olimpiya komplekslərinin, digər obyektlərin istifadəyə verilməsi, idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənc­lərin idmana cəlbinə hərtərəfli şərait yaradıb. Bu gün Yüngül Atletika

Federasiyasının nəzdindəki klublar və rayon bölmələri yüksək nəticələr əldə edir, idmançılarımız çıxış etdikləri turnirlərdə, yarışlarda böyük uğurlar qazanırlar. 

        Qeyd olunub ki, hər il məşqçi və idman müəllimlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müvafiq seminarlar, təlimlər təşkil olunur. Bu da yüngül atletika sahəsində yeni-yeni nailiyyətlərin əldə olunması məqsədi daşıyır. Cari ilin əvvəlində təsdiq edilmiş təqvim planına əsasən məşqçilər və idman müəllimlərinin iştirakı ilə keçirilən seminar da bu sahənin inkişafına öz töhfəsini verəcəkdir.
Sonra Azərbaycan Respublikası Atletika Federasiyasının məşqçisi, Hakimlər kollegiyasının sədr müavini Ceyhun Hüseynov məşqçi və müəllimlərə yüngül atletika üzrə uşaq, yeniyetmə və gənclərin hazır­lanması metodları barədə geniş ­məlumat verib. 
            Sonda diskussiya olub, suallar cavablandırılıb.

                                            
                                      

 
030474
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
6
143
246
188
30474

Tarix: 03 -12-2021