• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının yığma komandasının üzvləri təlim-məşqlərə cəlb olunub

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası muxtar respublikada atletləri ölkə və beynəlxalq səviyyəli yarışlara hazırlamaq məqsədilə ardıcıl olaraq təlim məşq prosesləri təşkil edir. Belə təlimlərdən biri də dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Stadionunda atletikanın qaçış növü üzrə təlim-məşqlərinin təşkil edilməsidir.

 Naxçıvan Atletika Federasiyası yığma komandasının üzvlərinin yarışlara hazırlığına dəstək məqsədi ilə keçirilən təlimlərdə oğlanlarla yanaşı qızlar da cəlb olunub. Federasiyanın məşqçi müəllimləri tərəfindən hər həftənin I, III və V günləri 30-a yaxın idmançının iştirakı ilə təlimlər təşkil edilir. Keçirilən qaçış məşqlərində yığma komandanın idmançılarına məşqçi müəllimlər tərəfindən düzgün qaçış mövqeyi, qaçış texnikasının əsasları, qaçış qaydaları haqqında ətraflı məlumat verilir. Daha sonra sürət qabiliyyətinin inkişafı üçün ilk növbədə qaçış növlərinin hərəkətlərindən, sonra isə sprint qaçışına aid müxtəlif təyinatlı hərəkətlərin istifadə qaydaları praktiki olaraq öyrədilir. Qeyd edək ki, belə hərəkətlərin məşqlərdə tətbiqi qısa müddət ərzində idmançılarda maksimum sürət qabiliyyətinin inkişaf etdirilməsi ilə yanaşı fiziki hazırlığının da artırılmasına təsir edir. Bu cür təlim məşqlərin müntəzəm təşkili komanda üzvlərinin fəallığının artmasında müsbət rol oynayır.

Ülviyyə HACIYEVA

                                            
                                      

 
037127
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
16
16
109
581
37127

Tarix: 25 -06-2022