• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Atletikanın yadro və nizə atma növləri üzrə Naxçıvan şəhər birinciliyi keçirilib

8 fevral 2021-ci il tarixdə Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında atletikanın yadro və nizə atma növləri üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Naxçıvan şəhər bölməsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi birincilikdə 17 ümumtəhsil məktəbindən 34 idmançı iştirak edib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov birinciliyi açıq elan edərək bildirib ki, tədbiri keçirməkdə məqsəd məktəbliləri zərərli vərdişlərdən kənarlaşdırmaq və onları idmana cəlb etməkdən ibarətdir.

Sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov və Uşaq-Gənclər İdman Məktəbinin direktoru Məmmədcəfər Əliyev çıxış edərək yarışlar haqqında idmançılara məlumat verib və onlara uğurlar arzulayıb.

Yadro itələmə növündə idmançılar yadronu diametri 213.5 sm olan məhdudlanmış çevrə içərisindən meydanın nişanlanmış bölməsinə tullayıblar. Şəxsi xarakter daşıyan birinciliyin yekununa əsasən Nihal İmanov (10 nömrəli tam orta məktəb) I yerə, Əkbər Qənbərli (16 nömrəli tam orta məktəb) II yerə, Əlipənah Məmmədov (15 nömrəli tam orta məktəb) isə III yerə layiq görülüb.

Nizə atma növündə isə idmançılar 8-12 metr qaçaraq sürət götürüb, yerə çəkilmiş xəttə çatanda isə nizəni meydanın nişanlanmış bölməsinə tullayıblar. Şəxsi xarakter daşıyan birinciliyin yekununa əsasən Şahin Şirinov (14 nömrəli tam orta məktəb) I yerə, Oruc Abbasov (13 nömrəli tam orta məktəb) II yerə, Nağı Qurbanzadə (9 nömrəli tam orta məktəb) isə III yerə layiq görülüb.

Sonda yer tutan və fərqlənən idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunub.

Ülviyyə HACIYEVA

 

                                            
                                      

 
027776
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
9
31
191
1197
27776

Tarix: 22 -09-2021