• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

İdman klublarının oğlan və qız atletləri аrаsındа atletikanın qaçış növü üzrə şəhər birinciliyi keçirilmişdir

23 fevral 2021-ci il tarixdə Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə  yox deyək, həmişə  sağlam olaq” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərində yaradılan idman klublarının oğlan və qız atletləri аrаsındа atletikanın qaçış növü üzrə şəhər birinciliyi keçirilmişdir.

Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Naxçıvan Şəhər Bölməsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 3 komandanın hərbirində 3 oğlan, 3 qız olmaqla, 18 idmançı iştirak etmişdir.

 Keçirilən yarışda oğlanlar arasında 100 metr məsafədə 10 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Rzayev, 200 metr məsafədə 8 nömrəli tam orta məktəbin şagirdi Efe Yaqubov, 400 metr məsafədə həmin məktəbin şagirdi Vaqif Orucov, qızlar arasında isə 100 metr məsafədə 14 nömrəli tam orta məktəbin şagirdi Aminə Novruzzadə, 200 metr məsafədə 10 nömrəli tam orta məktəbin şagirdi İlahə Hacılı, 400 metr məsafədə həmin məktəbin şagirdi Sənubər Ələsgərli I yerlərə layiq görülmüşlər. Komanda üzrə isə 10 nömrəli tam orta məktəbin komandası I yerə, 8 nömrəli tam orta məktəbin komandası II yerə, 14 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür.

 Sonda  yer tutan komanda və idmançılara təşkilatçıların diplomları təqdim olunmuşdur.

 Ülviyyə HACIYEVA

 

                                            
                                      

 
027797
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
30
31
212
1218
27797

Tarix: 22 -09-2021