• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Atletika idman növləri üzrə muxtar respublika birinciliyi keçirilib

Martın 9-da Naxçıvan Muxtar Respublika Stadionunda “5 mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr edilmiş atletika üzrə muxtar respublika birinciliyi keçirilib. Atletikanın qaçış, yadro itələmə və nizəatma növləri üzrə təşkil edilən yarışın məqsədi uşaq və yeniyetmələrin atletika idman növünə marağını artırmaq, şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin xüsusi bacarığı ilə seçilən idmançıları müəyyən etmək və üzə çıxarmaqdan ibarət olub.

 Tədbirdə Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov çıxış edərək muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq ötən müddət ərzində muxtar respublikanın şəhər və rayon təhsil müəssisələrində 12 idman növü üzrə 185 idman klubu yaradılmış, həmin idman klubları müasir standartlara cavab verən idman avadanlıqları ilə təmin edilmişdir. Yaradılan şərait muxtar respublikada idmanın müxtəlif növləri üzrə peşəkar idmançıların yetişdirilməsinə, bu sahədə qazanılan nailiyyətlərə, ölkə və beynəl­xalq səviyyəli yarışlarda yüksək nəticələrin əldə olunmasına səbəb olmuşdur.

Vurğulanıb ki, Atletika Federasiyası idmanın bu növünün inkişaf etdirilməsi, yeniyetmə və gənclərin idmana cəlb olunması, idman yarışlarının kütləviliyinin artırılması məqsədilə işini günün tələbləri səviyyəsində qurur. Federasiyanın təşkilatçılığı ilə atletika, ağır atletika və bədii gimnastika idman  növləri üzrə muxtar respublikanın şəhər və rayonlarında yaradılan komandalar arasında yarışlar, birinciliklər təşkil edilir, komandaların tərkibinin gücləndirilməsi istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.

Sonra keçirilən birinciliyin muxtar respublika mərhələsində yeniyetmə atletlər öz bacarıqlarını nümayiş etdiriblər. Qeyd edək ki, ilk olaraq muxtar respublikanın şəhər və rayon idman klubları arasında keçirilən yarışda oğlan və qız idmançılar arasında atletikanın qaçış, yadro itələmə və nizəatma növlərinin hər biri üzrə oğlan və qızlardan ibarət qalib komandalar muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanıblar.

Maraqlı və gərgin mübarizədən sonra münsiflər heyəti oyunun şərtlərinə raiyət edən komandaları qalib elan edib. Beləliklə yarışın yekun nəticələrinə görə atletikanın qaçış idman növü üzrə oğlanlar arasında 400 metr məsafədə Naxçıvan şəhər komandasının üzvü Səfərov Əliabbas Ceyhun oğlu, 800 metr məsafədə Sədərək rayon komandasının üzvü Əlizadə Məşədikamil Ceyhun oğlu, qızlar arasında 400 metr məsafədə Sədərək rayon komandasının üzvü Babayeva Zeynəb Mirzə qızı, 800 metr məsafədə Sədərək rayon komandasının üzvü Abbasova Aysu Rövşən qızı I yerə, yadro itələmə idman növü üzrə oğlanlar arasında Naxçıvan şəhər komandasının üzvü Rzalı Əli Heydər oğlu, qızlar arasında Culfa rayon komandasının üzvü Əliyeva Səbinə Fərhad qızı I yerə, nizəatma idman növü üzrə isə oğlanlar arasında Naxçıvan şəhər komandasının üzvü Orucov İsmayıl Yusif oğlu, qızlar arasında isə Naxçıvan şəhər komandasının üzvü Həsənova Günayə Muşfiq qızı I yerə layiq görülüb.

 Ülviyyə HACIYEVA

                                            
                                      

 
021932
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
9
2
110
128
21932

Tarix: 10 -04-2021