• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

“Mən sağlam böyüyəcəyəm” devizi altında 100 və 400 metr məsafəyə qaçış üzrə rayon birinciliyi keçirilib

18 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Kəngərli rayon bölməsi, Polis Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “Mən sağlam böyüyəcəyəm”devizi altında yeniyetmə oğlan və qız atletlər arasında 100 və 400 metr məsafəyə qaçış üzrə rayon birinciliyi keçirilib.

 Yarışın keçirilməsində məqsəd yeniyetmə və gəncləri atletika idman növünə cəlb etmək, atletika idman növünü inkişaf etdirmək, kütləviliyinə nail olmaq, yeniyetmələr arasında idmana olan marağı artırmaq, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarət olub.

Tədbiri giriş nitqi ilə açan Təhsil Şöbəsinin əməkdaşı Həsən Tağıyev muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Vurğulayıb ki, yaradılan şərait muxtar respublikada idmanın müxtəlif növləri üzrə peşəkar idmançıların yetişdirilməsində, bu sahədə qazanılan nailiyyətlərdə, ölkə və benəlxalq səviyyəli yarışlarda yüksək nəticələrin əldə olunmasında mühüm rol oynayır.

40 məktəblinin iştirakı ilə keçirilən yarışda oğlan və qız atletlər 100 və 400 metr məsafəyə qaçışda güclərini sınayıblar.

Yarışın yekun nəticələrinə əsasən, Qıvraq qəsəbə tam orta məktəbinin komandası I, Şahtaxtı kənd tam orta məktəbinin komandası II, Böyükdüz kənd tam orta məktəbinin komandası isə III yerə layiq görülüb.

Qaliblər təşkilatçılar tərəfindən kubok, diplom və medallarla təltif olunublar.

Ülviyyə HACIYEVA

                                            
                                      

 
021944
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
21
2
122
140
21944

Tarix: 10 -04-2021