• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Naxçıvan şəhərində modul tipli xəstəxana istifadəyə verilib

Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda səhiyyənin inkişafı dövlət siyasətinin əsas prioritetidir. Müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. Muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edən və vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində görülən işlər insan amilinə verilən dəyərin ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksək səviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir”.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iyulun 2-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin yoluxucu mərkəz kimi fəaliyyət göstərəcək modul tipli xəstəxanası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 186 çarpayılıq modul tipli xəstəxana 3 əsas korpus və 4 yardımçı binadan ibarətdir. Əsas korpuslarda 83 palata, reanimasiya bölməsi, 16 yerlik yeməkxana, camaşırxana, inzibati və digər yardımçı otaqlar yerləşir.

Xəstəxana digital rentgen-stasionar, ultrasəslə müayinə cihazı-stasionar rəngli dopler, EKQ-portativ, 2 neqatoskop, 2 stasionar və portativ süni tənəffüs aparatı, 5 kardiomonitor, kapnoqraf, 10 infuzomat,10 inyeksiyamat, 10 pulsoksimetr, 4 elektrosorucu-stasionar, 30 tibbi ştativ, qan qazı analizatoru və digər zəruri tibbi avadanlıqlarla təchiz olunub. Yardımçı binalarda konteyner tipli mobil oksigen generasiya sistemi, oksigen balonları üçün anbar, bakterioloji filtrli hava qurğusu və qazanxana quraşdırılıb.

Kompleks mərkəzləşdirilmiş havalandırma və istilik sistemi ilə təchiz olunub.

Ali Məclisin Sədri tibbi xidmətin təşkili və ərazidə yaşıllıqların artırılması barədə müvafiq tapşırıqlar verib.

                                            
                                      

 
027808
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
41
31
223
1229
27808

Tarix: 22 -09-2021