• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıqla əlaqədar müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirəni Təhsil naziri Rəhman Məmmədov açaraq məruzə edib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni məktəblər inşa edilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Aparılan təhsil quruculuğu təkcə rayon mərkəzlərini deyil, eyni zamanda ucqar dağ kəndlərini də əhatə etmişdir ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə əlverişli şərait yaratmışdır.

 

Qeyd olunub ki, tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələri müasir istilik sistemi ilə təchiz olunmuşdur ki, bu da payız-qış mövsümündə həmin müəssisələrin fasiləsiz fəaliyyətini təmin etmişdir. Tikinti quruculuq islahatların əhatə dairəsinin genişləndirilməsi nəticəsində Naxçıvan şəhəri, Şərur, Babək, Culfa, Kəngərli və Sədərək rayonlarında yerləşən bütün təhsil müəssisələrində müasir istilik sistemi quraşdırılmış, ümumilikdə Təhsil Nazirliyinin tabeliyində olan müəssisələrdən istilik sistemi ilə işləyənlərin sayı 255-ə çatdırılmışdır. Beləliklə ötən il təhsil müəssisələrinin 97 faizi istilik sistemi ilə işləyirdisə, bu il bu göstərici 98 faiz təşkil edəcəkdir. Tikinti-quruculuqla bağlı həyata keçirilən tədbirlər nəticəsində 2021-2022-ci tədris ilində 5 təhsil müəssisəsinə 12200 litr dizel yanacağından əlavə payız-qış mövsümi ilə bağlı digər mal-materiallara tələbat olmayıb.

Bildirilib ki, yeni məktəblərin tikintisi, əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, eyni zamanda müasir istilik sistemlərinə qoşulması birnövbəli məktəblərin sayının artmasına səbəb olmuşdur ki, nəticədə yeni tədris ilində 1 məktəbdən başqa bütün məktəblər birnövbəli rejimdə işləyəcəkdir ki, bu da tədrisin keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə öz töhfəsini verəcəkdir.

Təhsil naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində avqustun 28-də “2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr”lə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri müəssisələrin payız-qış mövsümündə fasiləsiz fəaliyyətinin təmin olunması ilə bağlı tapşırıqlar verərək demişdir: “Muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərində də hər cür şəraiti olan müasir məktəblər tikilib istifadəyə verilib. Lakin bütün bunlara baxmayaraq Təhsil Nazirliyi ümumtəhsil məktəblərini payız-qış mövsümünə hazırlamalı, tədrisin davamlılığını təmin etməli, müəllim və şagirdlərin sağlamlığının qorunması diqqətdə saxlanılmalıdır. Məktəblərdə qazanxanalar işlək vəziyyətə gətirilməli, ocaqçıların peşə hazırlığı yoxlanılmalıdır”.

Payız-qış aylarında baş verə biləcək hər hansı hal üçün müəssisə rəhbərlərinin birbaşa məsuliyyət daşıdığını vurğulayan Rəhman Məmmədov bildirib ki, Şəhər və Rayon Təhsil şöbələri tərəfindən təhsil müəssisələrində payız-qış mövsümünə hazırlığın vəziyyətinin yoxlanılması ilə bağlı reydlər keçirilməli, çatışmazlıqlar yerindəcə aradan qaldırılmalıdır. Təhsil müəssisələrində tədrisin davamlılığı təmin edilməli, tələbə, müəllim və şagirdlərin sağlamlığının qorunması diqqətdə saxlanılmalıdır. Şəhər və Rayon Təhsil şöbələrində elektrik enerjisi, su və təbii qazdan səmərəli istifadə ilə bağlı nəzarət komissiyaları yaradılmalı, qazanxana maşinistlərinin tərkibi nəzarətdə saxlanılmalı, il ərzində yaranan vakant ocaqçı ştatlarına sertifikatı olanlar təyin edilməlidir.

Nazir təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verərək qeyd etmişdir ki, hava şəraitinə uyğun istiliyin tənzimlənməsinə nəzarət olunmalı, izafi xərclərə yol verilməməli,  qazanxanaların, su-kanalizasiya sistemlərinin daim işlək, elektrik və su açarlarının isə saz vəziyyətdə olması təmin edilməli, ocaqçıların iş vaxtına, geyim formalarına və təhlükəsizlik qaydalarına əməl etmələrinə, eləcə də istilik sisteminə nəzarətlə bağlı təhvil-təslim kitablarının düzgün işlənməsinə nəzarət artırılmalıdır.

Sonra müşavirə məruzə ətrafında çıxışlarla davam edib. Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev, Şərur Rayon Təhsil Şöbəsinin müdiri Kamil Məmmədov, Babək Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov, Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov, Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev, Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov, Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı, Təhsil Nazirliyi Aparatının şöbə müdiri Vüsal Abdullayev təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər.

 

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

                                            
                                      

 
027817
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
50
31
232
1238
27817

Tarix: 22 -09-2021