• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Muxtar respublika birinciliyi başa çatıb

2006-2007-ci il təvəllüdlü oğlan və qız atletləri arasında keçirilən kross qaçışı üzrə müxtar respublika birinciyinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atletika Federasiyasının birgə təşkil etdiyi birincilikdə 100-ə yaxın atlet qüvvəsini sınayıb.

  Birinciliyin mükafatlandırma mərasimində idmançıları 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edən Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikanın bütün ali təhsil ocaqlarında uşaq, yeniyetmə və gənclərin bu sahə ilə məşğul olmaları üçün hər bir şərait yaradılıb. Məhz bunun nəticəsidir ki, idmançılarımız keçirilən ölkədaxili birinciliklərdə uğurla çıxış edərək böyük nailiyyətlər əldə edirlər. Bu qələbələr həm də digər idmançılar üçün əlavə stimuldur. Uğurlu çıxışlar yeniyetmə və gənclərin idmana cəlb edilməsində müstəsna rol oynayır. İdmana və idmaçılara göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirən federasiya sədri, qalib idmançıları təbrik edib, onlara gələcək kareyaralarında uğurlar arzulayıb.

Gənclər və İdman naziri Ramil Hacı çıxışında vurğulayıb ki, idman sahəsi muxtar respublikamızda sürətlə inkişaf edir və bu gün diyarımızda ölkədaxili və beynəlxalq yarışlar ən yüksək səviyyədə təşkil edilir. İdman sahəsində rəqabət kifayət qədər güclüdür və bütövlükdə son illər ərzində idman sahəsində Naxçıvan idmançılarının göstərdikləri nəticələr qürurvericidir. Bu gün idmançıların uğur qazanması, onların bu sahəyə meyl göstərməsi təbii ki, yaradılan şəraitlə bağlıdır. Muxtar respublikanın bütün şəhər və rayonları ilə yanaşı, kəndlərində də idman zallarının, obyektlərinin fəaliyyət göstərməsi, həm də uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil olunmasına xidmət göstərir. Atletika idman növünə marağın yüksək olması federasiyanın şəhər və rayonlardakı bölmələrinin uğurlu fəaliyyətinin nəticəsidir. Bu yolda hər bir idmançıya uğurlar arzulayır, qalibləri təbrik edirəm.

Yekun nəticəsinə gəlincə, 2 kilometr məsafədə qızların yarışında Sədərək idmançıları Aysu Abbasova, Zeynəb Babayeva və Nurşən Abbasova yarışı ilk üç pillədə başa vurublar. Oğlanların 5 kilometrlik yarışında qalib adını Kəngərli idmançısı Suad Eyvazov qazanıb. Şərur idmançısı Emil Cəfərzadə ikinci, Naxçıvan atleti Əliabbas Səfərov isə üçüncü olub.Ümumilikdə ilk 10 pilləni tutan idmançılar adlarını qaliblər siyahısına yazdırıblar.

Sonda qalib idmançılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

                                            
                                      

 
030492
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
24
143
264
206
30492

Tarix: 03 -12-2021