• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Muxtar respublikada ilk dəfə olaraq “Gimnastika” dərnək üzvlərinin Bədii gimnastika üzrə nümunəvi çıxışları olub

  Aprelin 15-də İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin, Atletika Federasiyasının birgə təşkilatçılığı ilə ilk dəfə olaraq  muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin “Gimnastika” dərnək üzvlərinin Bədii gimnastika üzrə nümunəvi çıxışları olub. Bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının   təhsil naziri, Atletika Federasiyasının sədri Rəhman Məmmədov  çıxış edərək bildirib ki, bu gün muxtar respublikada şagirdlərin təhsili ilə yanaşı, onların  sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. 

 


Görülən işlərin nəticəsidir ki, bu gün ümumtəhsil müəssisələrində 30 futbol, 14 mini futbol idman meydançası, 203 idman zalı və açıq idman qurğuları, şahmat sinifləri şagird və müəllimlərin ixtiyarına verilib. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 205 idman klubu yaradılmışdır. Həmin idman klublarından 29-u atletika, 2-si ağır atletika, 7-i isə bədii gimnastika klubudur. Ötən müddət ərzində gimnastika üzrə kütləviliyin təmin edilməsi diqqətdə saxlanılıb.Hazırda federasiyanın tərkibində  bədii gimnastika bölməsi də fəaliyyət göstərir. Gimnastika bölməsinin  Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində, Naxçıvan Şəhər Qızlar Liseyində, Naxçıvan Dövlət Texniki Kollecində, Naxçıvan şəhər, Şərur və Ordubad rayonlarının   Uşaq Gənclər İdman məktəblərində 7 qurupu yaradılıb. Bu quruplarda 200-ə yaxın  uşaq gimnastikanın sirlərinə yiyələnir. Bölmənin rəhbəri Humay Qafarova Bakı şəhərində keçirilən hakimlik və məşqçilik kurslarında iştirak edərək məşqçilik sertifikatı və hakimlik vəsiqəsi alıb. Qeyd olunub ki,   09-14 iyul 2022 ci il tarixlərdə İsveçrənin  Nevşatel  şəhərində  “Gimnastika  hamı üçün” idman növü üzrə “European Gym  For  Life Challange” və  “EuroGym 2022” festivalı keçiriləcək.  Baş məşqçi Humay Qafarova Azərbaycan Respublikası Bədii Gimnastika Federasiyası tərəfindən yığma komandanın tərkibinə dəvət alıb və həmin festivalda iştirak edəcək. Bildirilib ki, federasiya tərəfindən idmanın kütləviliyinin təmin olunması məqsədi ilə bir sıra tədbirlər keçirilir. Bu günkü “Gimnastika” dərnək  üzvlərinin Bədii gimnastika üzrə nümunəvi çıxışları da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramin Hacı bildirib ki, Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyi dövründə digər sahələr kimi, idmana da qayğı ilə yanaşmış, idmanın inkişafı dövlət siyasətinin üstün istiqamətlərindən birinə çevrilmişdir. Dövlət idman siyasəti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, müstəqil Azərbaycan beynəlxalq aləmdə nüfuzlu idman ölkələrindən birinə çevrilib. Qeyd olunub ki, bədən tərbiyəsi və idmana muxtar respublikamızda da xüsusi önəm verilir, bu sahə uğurla inkişaf etdirilir. İstifadəyə verilən böyük idman obyektləri, məşq bölmələri, bu sahədəki kütləvilik və qazanılan uğurlar diyarımızın idman potensialını nümayiş etdirir.Görülən işlərin və əməyin qarşılığında idmançılarımız öz nailiyyətləri ilə etimadı doğruldur, müxtəlif arenalarda qələbələr qazanırlar. Nazir bildirib ki, idman aləmində demək olar ki, hər kəsə məlum olan bir fikir var: “İdman gimnastikadan başlayır”.Bu, fiziki fəaliyyət növü kimi gimnastikanın xüsusi əhəmiyyətindən xəbər verir. Sevindiricidir ki, bədii gimnastika muxtar respublikamızda qısa zaman ərzində sevilən və inkişaf edən idman növlərindən birinə çevrilib. Balaca fidanlarımızın timsalında yeni idmançı nəsli yetişməkdədir. Bu Naxçıvanda qadın idmanının inkişafı üçün də mühüm töhfədir. Çıxışlardan sonra Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin,  Naxçıvan şəhər, Şərur  və Ordubad rayonlarının  Uşaq Gənclər İdman məktəblərinin gimnastika dərnək üzvlərinin nümunəvi çıxışları olub. Dərnək üzvləri  “Şən qızlar”, “Gəlincik”, “Ümid”, “Balaca idmançılar”, “Dostluq çələngi” adlı  bədii kompozisiyalar  və muxtəlif rəqs nömrələri ilə çıxış ediblər. Tədbirdə 73 gimnast iştirak edib. Sonda  federasiyanın bədii gimnastika bölməsinin rəhbəri Humay  Qafarovaya hakimlik sertifikatı təqdim olunub.  Bununla yanaşı tədbirdə  iştirak edən gimnastlar və onların məşqiçi –müəllimləri diplom və hədiyyələrlə mükafatlandırılıb. Aprelin 8-10-da keçirilən Ağır Atletika üzrə  Azərbaycan çempionatında uğur qazanan idmançılar- Azərbaycan çempionu Gülcahan Əliyevaya,  uğurlu nəticələrinə görə Həsən Babayev, yetirdiyi idmançıların qazandığı nailiyyətlərinə görə  Naxçıvan MR əməkdar məşqçisi Şəfi Hüseynov da  federasiya tərəfindən  təltif olunublar.

                                            
                                      

 
056782
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
8
144
643
879
56782

Tarix: 20 -04-2024