• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Naxçıvan marafonu – 2022” keçirilib

  Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Naxçıvan Muxtar Respublikası Gənclər   Fondunun   birgə   təşkilatçılığı, “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin sponsorluğu ilə ümummilli lider Heydər   Əliyevin anadan   olmasının 99-cu   ildönümü münasibətilə “Naxçıvan marafonu – 2022” keçirilib. Yaşı 14-dən yuxarı   şəxslərin iştirak etdiyi   marafon saat 1100-da İlham   Əliyev adına Olimpiya İdman Kompleksinin qarşısından start   götürüb və Uzunoba gölü     ətrafında başa çatıb. Yarışda iştirak üçün, ümumilikdə, iki mindən çox şəxs qeydiyyatdan  keçib.

 Bununla yanaşı, marafonda dövlət qulluqçuları, hərbçilər, mədəniyyət və incəsənət adamları, idmançılar, paralimpiyaçılar, ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər. Həmçinin yarışa muxtar respublikada fəaliyyət göstərən 60-dan çox təşkilat və şirkətin təmsilçiləri də qoşulub. Məlumat üçün bildirək ki, marafon Olimpiya İdman Kompleksi, Xətai məhəlləsi, daha sonra Şıxmahmud və Xəlilli kəndlərindən keçərək Nəbatat bağı boyunca, oradan da Uzunoba gölü ətrafınadək marşrut xəttini əhatə edib. Yarışın fan zonası finiş nöqtəsində – marafon partisi təşkil olunub. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar, hədiyyəli oyunlar və sərin içkilər təqdim edilib. Sonra qadın və kişi kateqoriyaları üzrə qaliblərə pul mükafatları təqdim olunub. Həmçinin kişi və qadın kateqoriyasının hər biri üzrə dördüncü-onuncu yerləri tutan şəxslərə “Naxtel” MMC-nin və “Badamlı” şirkətinin qiymətli hədiyyələri verilib. Qeyd edək ki, “Naxçıvan marafonu – 2022”yə yüzlərlə könüllü gənc dəstək göstərib.

 

 

 

 
                                            
                                      

 
041614
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
32
50
82
862
41614

Tarix: 29 -11-2022