• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Atletika üzrə 93-cü Ölkə Çempionatında atletimiz uğurlu nəticələr əldə edib

  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə 93-cü ölkə çempionatı keçirilib. 2-3 iyun tarixlərini əhatə edən çempionatda iştirakçılar nizəatma, hündürlüyə tullanma, uzunluğa tullanma, üç təkanla tullanma, lövhə atma, nüvə itələmə, 100, 200, 400, 800, 1500 və 3000 metr məsafəyə qaçış növləri üzrə yarışıblar.
 Naxçıvan Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev 1500 metr məsafəyə qaçış növündə 4 dəqiqə 28.09 saniyəlik göstərici ilə ikinci olub. 3000 metr məsafədə isə atletimiz bütün rəqiblərindən öndə olub. 9 dəqiqə 45.10 saniyə ərzində finişə çatan Əmrah qızıl medala layiq görülüb.
 Xatırladaq ki, Ə.Nağıyev son 2 ay ərzində ardıcıl uğurlar əldə edib. Atletimiz “Bakı Marafonu-2022”-də (21 km) 2399 idmançı arasında 19-cu, “Parlaq gələcək naminə qaç!” marafonunda 3 km məsafə üzrə birinci, Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə isə qızıl və gümüş medalçı olub.
                                            
                                      

 
039751
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
15
17
118
469
39751

Tarix: 25 -09-2022