• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Naxçıvan gimnastları ölkə miqyaslı festivalın qalibləri sırasında

  Sentyabrın 9-u Bakı şəhərində Azərbaycan Gimnastika Federasiyasının (AGF) yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə festival keçirilib. Əhali arasında gimnastika idman növünün təbliği, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili məqsədini daşıyan festivala bu növ üzrə yığma komandanın üzvləri ilə yanaşı, respublikamızın bölgələrindən 23 komandanın tərkibində 200-dək idmançı qatılıb.
Tədbir festival iştirakçılarının “Dəniz Mall” ərazisindən Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı əraziyədək yürüşü ilə başlayıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gimnastika Federasiyası nümayəndələrinin rəsmi çıxışlarından sonra gimnastika hamı üçün növü üzrə idmançıların rəngarəng nömrələri musiqi sədaları altında izlənilib. Festivalda AGF-nin yenidən qurulmasının 20 illiyinə və gimnastika hamı üçün növünə həsr olunmuş videoçarx nümayiş etdirilib.
    Breykdans idman növü üzrə təqdim olunan nümunəvi çıxışlar, tamaşaçılarla birgə keçirilən fləşmob izləyicilərin böyük marağına səbəb olub. 
    Festivalda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Bədii gimnastika bölməsinin üzvləri də iştirak ediblər. Bir məşqçi və  7 idmançı ilə təmsil olunan komandamız ümumi nəticəyə əsasən qalib adını qazanıb.
    Sonda idmançılarımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunublar.
                                                                                                                                                                                   Ceyhun Məmədov
 
                                            
                                      

 
039744
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
8
17
111
462
39744

Tarix: 25 -09-2022