Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində 20 və 23 yaşlı gənc oğlan və qızlar arasında ağır atletika üzrə ölkə birinciliyi keçirilib. Ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası 3 idmançı, 1 məşqçi-müəllimlə iştirak edib. İdmançılarımızdan 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Gülcahan Əliyeva birdən qaldırmada 52, təkanla qaldırmada isə 65 kiloqram nəticənin öhdəsindən gələrək, (ümumilikdə, 117 kiloqram) ölkə çempionu adına layiq görülüb. 89 kiloqram çəki dərəcəsində isə Həsən Babayev birdən qaldırmada 104, təkanla qaldırmada isə 120 kiloqram qaldıraraq, (ümumilikdə, 232 kiloqram) Azərbaycan çempionu adını qazanıb. Qeyd edək ki, idmançılarımızın yaşı az olmasına baxmayaraq, gənclər arasında keçirilən Azərbaycan birinciliyində iştirak ediblər. Sonda idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıb.