• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Məşqçimiz beynəlxalq kursda iştirak edib

  Bakı şəhəri, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İnkişaf Proqramı çərçivəsində beynəlxalq məşqçilik kursu keçirilib. Mühazirəçi qismində IWF-in Məşqçilik və Tədqiqat Komitəsinin üzvü, amerikalı mütəxəssis, Doktor Kayl Pirs çıxış edib. Kurs arasında yeni yaradılan 20-dən çox yeni ağır atletika klubunun məşqçiləri, həmçinin digər mütəxəssislər olmaqla ölkənin bütün regionlarından 50-yə yaxın məşqçi qatılıb. Kursda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Ağır atletika bölməsinin baş məşqçisi Şəfi Hüseynov da iştirak edib.
   Kurs zamanı bir çox mövzular barədə nəzəri və praktik dərslər keçilib. Amerikalı mütəxəssis dərsləri interaktiv şəkildə keçib, dinləyicilərin sualları cavablandırılıb, yeni, müasir məşq, tədris metodları ətrafında geniş müzakirələr aparılıb. 4 gün ərzində məşqçilik üzrə iki kateqoriya (Level 1 və Level 2) mühazirələrdə iştirak edən mütəxəssislər sonda imtahan verərək beynəlxalq məşqçilik sertifikatı əldə edə biliblər.
    Eyni zamanda Atletika Federasiyasının yetirməsi Əmrah Nağıyev Azərbaycan milli komandasının heyətində Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən 44-cü Beynəlxalq İstanbul Marafonunda iştirak edib. 15 və 42 kilometr məsafədə keçirilən marafonda 151 ölkə­nin 60 min idmançısı mübarizə aparıb. İdmançımız 15 kilometrlik məsafədə finiş xəttini 17-ci pillədə başa vurub.
Ceyhun MƏMMƏDOV
                                            
                                      

 
043417
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
38
27
195
810
43417

Tarix: 29 -01-2023