• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Kross qaçışı üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə  Naxçıvan Muxtar Respublika turniri başa çatıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız atletləri arasında keçirilən Naxçıvan Muxtar Respublika turniri başa çatıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi turnir “Duzdağ” magistral yolunun 5 kilometr məsafəsində keçirilib. Beynəlxalq yüngül atletika qaydalarına uyğun olaraq təşkil edilən “Heydər Əliyev kuboku” uğrunda kross qaçışına 150-yə yaxın atlet qatılıb.

 

Turnirin bağlanış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov bildirib ki, ümummilli liderin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş birincilikdə oğlanlarla yanaşı, qızların da çoxluq təşkil etməsi sevindiricidir. Bu idman növünün muxtar respublikada inkişafı üçün hər bir şərait yaradılıb. Bugünkü yarış bunu bir daha göstərdi.  

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov isə çıxışında vurğulayıb ki, təhsil müəssisələrində idmanın inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, şagirdlərimiz və tələbələrimiz keçirilən yarışlarda, turnirlərdə hər zaman yüksək nəticələr əldə edirlər. Ümummilli liderimizin xatirəsinə həsr olunmuş bu turnirdə idmançıların mübarizliyi, qalib ruhunda olması bizi çox sevindirdi. 

          Muxtar respublika turnirinin yekun nəticəsinə əsasən, oğlanlar arasında “Rabitəçi” klubunun üzvü Kərim Quliyev bütün rəqiblərini arxada qoyaraq qalib adını qazanıb. Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Cavid Qasımov ikinci, Heydər Əliyev adına Hərbi Liseyin kursantı Qurban Abdullayev isə üçüncü olublar. 
Qızların mübarizəsində isə Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Aytən Qasımova finiş xəttinə hamıdan tez çatıb. Digər iki pillədə isə Naxçıvan Tibb Kollecinin tələbəsi Gülafət Müslümova və Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Qaratel Salahova qərarlaşıblar. 
Sonda oğlan və qızlar arasında ilk 10 pilləni tutan idmançılara diplom və hədiyyələr təqdim olunub.

 

                                            
                                      

 
030472
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
4
143
244
186
30472

Tarix: 03 -12-2021