Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində yeni tikiləcək “Gənclər Yaşayış Kompleksi”nin layihəsinə baxıb.
Məlumat verilib ki, kompleks 7 doqquzmərtəbəli binadan ibarət olacaqdır. Yaşayış binalarında 2-3-4 otaqlı olmaqla, 378 mənzil olacaqdır. Kompleksdə həyətyanı sahə və istirahət parkı yaradılacaqdır.
Ali Məclisin Sədri yaşayış kompleksinin təməlini atıb, tikintinin keyfiyyətlə aparılması və mənzillərin sərfəli ipoteka şərtləri ilə gənc ailələrə satışı barədə tapşırıqlar verib.
Gəncliyə qayğı gələcəyə qayğıdır
Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında gənclərə qayğı dövlət siyasətinin əsas istiqamətidir. Ümummilli liderimiz Heydər Əliyevin “Gənclərlə ciddi məşğul olmaq - Azərbaycanın gələcəyi haqqında düşünmək, gələcəyi naminə çalışmaq deməkdir”, – fikirləri əsas götürülərək gənclərin hərtərəfli inkişafına və sosial təminatına xüsusi diqqət yetirilir. Həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasıdır.
Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası muxtar respublikada atletləri ölkə və beynəlxalq səviyyəli yarışlara hazırlamaq məqsədilə ardıcıl olaraq təlim məşq prosesləri təşkil edir. Belə təlimlərdən biri də dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Stadionunda atletikanın qaçış növü üzrə təlim-məşqlərinin təşkil edilməsidir.