• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının qadın idmançısı Gülcahan Əliyeva Azərbaycan çempionu olub

    09-10 aprel 2022-ci il tarixlərində Bakı şəhər Şüvəlan  qəsəbəsi Ağır Atletika Akademiyasının bazasında kişi və qadın idmançılar arasında Azərbaycan çempionatı keçirilib.Ağır Atletika Akademiyasının yarış zalında keçirilən Azərbaycan çempionatında kişi və qadınlar arasında sinkler cədvəli üzrə mütləq qalib və mükafatçılar müəyyənləşib. Çempionatda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası 3 idmançı ilə təmsil olunub.Qadın idmançımız Gülcahan Əliyeva birdən qaldırmada 45 kq, təkanla qaldırmada 60 kq olmaqla ümümilikdə 105  kiloqramın öhdəsindən gələrək qızıl medala, Babayev Tərmenxan Turan oğlu isə IV yerə layiq görülüblər. Digər idmançı Babayev Həsən Elməddin oğlu yeniyetmə olmasına baxmayaraq kişilər arasinda uğurlu nəticə göstərərək IV yerin qalibi olub.Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda 100-dən çox idmançı medallar uğrunda mübarizə aparıb.Turnirin keçirilməsində məqsəd ağırlıqqaldırma idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, yarış təcrübəsinin zənginləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət yığma komandaların heyətinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlığın təmin olunmasıdır.

 

                                            
                                      

 
060189
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
19
20
214
830
60189

Tarix: 27 -07-2024