Yanvar - sentyabr ayları ərzində gördüyü işlər haqqında

 Hesabatı

 

10-17  yanvarda Bakı  şəhərində keçrilmiş Bədii Gimnastika  üzrə hakimlik kurslarında federasiyanın Bədii Gimnastika üzrə baş məşqçi-müəllimi Qafarova Humay Həsənxan qızının iştirakının təmin olunmuşdur

10 yanvarda Naxçıvan Televiziyasının hazırladığı “ Kim idmanı sevirsə” adlı  proqramda Atletika Federasiyasının  atleti  Əmrah Nağıyevin idmandakı nailiyyətləriilə bağlı veriliş hazırlanmışdır,

28 yanvarda federasiyanın ümumi yığıncağ keçirilmişdir.Yığıncağın gündəliyində  Federasiyanin 2021–ci ildə gördüyü işlərlə bağlı hesabatı və 2021-ci ildə görüləcək işlərlə bağlı tədbirlər və təqvim planları müzakirə edilmişdir.Həmçinin“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” nın icrası ilə bağlı federasiyanın tərkibində fəaliyyət göstərənatletika, ağır atletika və bədii gimnastika  idman bölmələrinin fəaliyyətinin gücləndirilməsi və kütləviliyinin artırılmasıümumtəhsil məktəblərində yaradılan atletika idman klublarında nümunəvi dərslərin təşkil edilməsi qaçış növləri ilə yanaşı  tullanma, nizə atma, yadro itələmə idman növlərini  uşaq və gənclər arasında kütləviliyinin artırılması istiqamətindəyarışların təşkil edilməsi, yığma komandalarının tərkibinin müəyyənləşdirilməsi,onların beynəlxalq turnirlərdə, Azərbaycan və muxtar respublika   birinciliklərində iştiraklarının  təmin edilməsi, atletika, ağır atletika və bədii gimnastika idman növləri üzrə hakimlərin və  məşqçilərin seminarlarının təşkil edilməsi məsələləri müzakirələr olmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Bədii Gimnastika bölməsinin üzvlərinin iştirak etdikləri yarışlar haqqında

 

      M Ə L U M A T

     1. 10-17  yanvar  2022-ci il  tarixlərdə Bakı  şəhərində keçrilən Bədii Gimnastika  üzrə hakim və məşqçilik  kurslarında Federasiyanın Bədii Gimnastika üzrə baş məşqçi-müəllimi Qafarova Humay Həsənxan qızı iştirakı təmin edilmişdir.

     2. 14 aprel 2022-ci il tarixdə Federasiyanın bədii gimnastika bölməsinin baş məşqçisi, fevral-mart aylarında Azərbaycan Gimnastika Federasiyası tərəfindən Bakı şəhərində keçirilən hakimlik və məşqçilik kurslarında iştirak edərək məşqçilik sertifikatı və hakimlik vəsiqəsi almışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası tərəfindən 2020-ci ildə görülmüş işlərə dair

H E S A B A T

Federasiya ötən müddət ərzində  atletikanın muxtar respublikada təbliği və inkişafı məqsədilə bir sıra işlər görmüşdür. İl ərzində atletika idman növlərinin inkişafı üçün yığma komandaların tərkibini müəyyənləşdirmiş, bu komandalara təlim-məşqlər keçirmiş, yığma komandaya cəlb edilmiş idmançıların Atletika üzrə rayon, şəhər, muxtar respublika birinciliklərini təşkil etmiş və Beynəlxalq səviyyəli yarışlarda idmançıların iştirakını təmin etmişdir.  

Belə ki, 24-25 yanvar 2020-ci  ildə Bakı şəhəri  Respublika Olimpiya Mərkəzində qız və oğlan atletləri arasında Azərbaycan qış Çempionatında Federasiyanın idmançısı Nağıyev Əmrah İbrahim oğlu 1500 m məsafədə II, 3000 m məsafədə  I yerə layiq görülərək diplom və medalla  təltif edilmişdir.

Fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında" keçirilən müşavirədə Federasiyanın idmançısı Orucova Xatun Səfər qızını Ali Məclis Sədri mükafatlandırmışdır.

Ardını oxu...