Yüngül Atletika Federasiyasının 2019 – cu ilin I rübündə keçirilən yarışların

H E S A B A T I

          24 yanvar   2019-cu il tarixdə  Naxçıvan MR Yüngül Atletika Federasiyasınin Şahbuz rayon bölməsi , Şahbuz  rayon  Təhsil şöbəsi  və  Şahbuz  rayon   Gənclər və İdman  İdarəsinin və Şahbuz  rayon  Yeni Azərbaycan  Partiyasının  Gənclər  Birliyi təşkilatının birgə  təşkilatçılığı ilə   Şahbuz  rayon  ümmumtəhsil məktəbləri arasında şən startlar əyləncəli idman oynu keçirilmişdir. Birincilikdə  6  komandanın  iştiraki ilə 48  qız və oğlan atlet öz güclərini  sınamışdir. Yarış  Şahbuz rayon  Sələsüz kənd  tam orta  məktəbinin  idman zalında keçirilmişdir  . Qaliblərə   yüngül atletika federasiyasının   qiymətli hədiyyələri,  Şahbuz  rayon   Təhsil şöbəsi , Şahbuz  rayon   Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.

Ardını oxu...

Yüngül Atletika Federasiyasının təştilatçılığı ilə 2018-ci il ərzində keçirilən yarışların hesabatı

          02 fevral  2018 -ci  il tarixdə Naxçıvan  Muxtar Respublikasının Gənclər və  İdman Nazirliyinin, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər  Birliyinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri yanında Gənclər Fondu tərəfindən Naxçıvan Muxtar Respublika Yüngül Atletika Federasiyasının atleti Cəfərova Gülayə ilin ən yaxşı gənc idmançısı və Hüseynov Samil ilin ən gənc kişi məşqçisi adına layiq görülmüşlər.

          09 fevral  2018-ci il tarixdə Naxçıvan MR Yüngül Atletika Federasiyasının Şahbuz rayon bölməsi, Şahbuz rayon Təhsil şöbəsi  və  Şahbuz  rayon   Gənclər və İdman  İdarəsinin və Şahbuz rayon Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi təşkilatının birgə  təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq” devizi altında Şahbuz  rayon ümumtəhsil məktəbləri arasında şən startlar əyləncəli idman oyunu keçirilmişdir. Birincilikdə  6  komandanın  iştirakı ilə 36 qız və oğlan atlet öz güclərini sınamışdır. Yarış  Şahbuz  şəhər 2 №-li tam orta  məktəbinin idman zalında keçirilmişdir. Qaliblərə Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri,  Şahbuz  rayon   Təhsil şöbəsi, Şahbuz  rayon   Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası üzrə 2017 – ci ilin yekunu haqqında hesabat

                01 fevral  2017-ci il tarixdə  Naxçıvan MR Yüngül Atletika Federasiyasının Şahbuz rayon bölməsi, Şahbuz rayon Təhsil şöbəsi və Şahbuz  rayon  Gənclər və İdman  İdarəsinin və Şahbuz rayon  Yeni Azərbaycan  Partiyasının  Gənclər  Birliyi təşkilatının birgə  təşkilatçılığı ilə “02 fevral  Gənclər günü”nə həsr olunmuş  Şahbuz  rayon ümmumtəhsil məktəbləri arasında şən startlar əyləncəli idman oynu keçirilmişdir. Birincilikdə 6 komandanın iştiraki ilə 36  qız və oğlan atlet öz güclərini sınamışdır. Yarış  Şahbuz  şəhər 1 №-li tam orta  məktəbinin  idman zalında keçirilmişdir. Qaliblərə  Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri, Şahbuz  rayon Təhsil şöbəsi, Şahbuz  rayon Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.

        16-19 fevral 2017-ci il tarixlərdə yüngül atletika üzrə Bakı şəhərində 2000-2011 - ci il təvəllüdlü qız və oğlan atletlər arasında Azərbaycan birinciliyi keçirilmişdir. Birincilikdə yüngül atletika üzrə yığma komandamız muxtar respublikanı 12 idmançı ilə təmsil etmişdir. Onlardan 6 qız 6 oğlan atlet olmuşdur. Cempionatda  1500 m məsafədə  Abbasova Telli  II yerə  Cəfərova Gülafət III yerə, 4x200 estafet qaçışında qızlardan ibarət yığma komandamız Azərbayca çempionu olmuşdur. Qaliblərə Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin və Azərbaycan Respublikası Atletika federasiyasının qiymətli hədiyyələr, Diplom və sertifikatları verilmişdir.

Ardını oxu...