01 fevral 2017-ci il tarixdə Naxçıvan MR Yüngül Atletika Federasiyasının Şahbuz rayon bölməsi, Şahbuz rayon Təhsil şöbəsi və Şahbuz rayon Gənclər və İdman İdarəsinin və Şahbuz rayon Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi təşkilatının birgə təşkilatçılığı ilə “02 fevral Gənclər günü”nə həsr olunmuş Şahbuz rayon ümmumtəhsil məktəbləri arasında şən startlar əyləncəli idman oynu keçirilmişdir. Birincilikdə 6 komandanın iştiraki ilə 36 qız və oğlan atlet öz güclərini sınamışdır. Yarış Şahbuz şəhər 1 №-li tam orta məktəbinin idman zalında keçirilmişdir. Qaliblərə Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri, Şahbuz rayon Təhsil şöbəsi, Şahbuz rayon Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.
16-19 fevral 2017-ci il tarixlərdə yüngül atletika üzrə Bakı şəhərində 2000-2011 - ci il təvəllüdlü qız və oğlan atletlər arasında Azərbaycan birinciliyi keçirilmişdir. Birincilikdə yüngül atletika üzrə yığma komandamız muxtar respublikanı 12 idmançı ilə təmsil etmişdir. Onlardan 6 qız 6 oğlan atlet olmuşdur. Cempionatda 1500 m məsafədə Abbasova Telli II yerə Cəfərova Gülafət III yerə, 4x200 estafet qaçışında qızlardan ibarət yığma komandamız Azərbayca çempionu olmuşdur. Qaliblərə Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin və Azərbaycan Respublikası Atletika federasiyasının qiymətli hədiyyələr, Diplom və sertifikatları verilmişdir.
02 mart 2017-ci il Naxçıvan MR Yüngül Atletika Federasiyasının Şahbuz rayon bölməsi, Şahbuz rayon Təhsil şöbəsi, Şahbuz rayon Gənclər və İdman İdarəsinin, Şahbuz rayon Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi təşkilatının birgə təşkilatçılığı ilə “ 05 - mart Bədən tərbiyəsi və İdman Günü”nə həsr olunmuş Şahbuz rayon ümmumtəhsil məktəbləri arasında şən startlar əyləncəli idman oyunu keçirilmişdir. Birincilikdə 6 komandanın iştirakı ilə 36 qız və oğlan atlet öz güclərini sınamışdır. Yarış Şahbuz Daylaqlı kənd tam orta məktəbinin idman zalında keçirilmişdir. Qaliblərə Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri, Şahbuz rayon Təhsil şöbəsi, Şahbuz rayon Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.
07 mart 2017-ci il tarixdə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Yüngül Atletika Federasiyasının tədbirlər planına əsasən “ 05-mart Bədən tərbiyəsi və İdman Günü” münasibəti ilə yüngül atletika üzrə Heydər Əliyev adına Hərbi Lisey kursantları arasında 3 km məsafəyə kross qaçışı üzrə Naxçıvan şəhər turniri keçirilmişdir. Turnir Naxçıvan şəhər Gənclər və İdman İdarəsi, Yüngül Atletika Federasiyası və Heydər Əliyev adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə “DUZDAĞ” magistral yolunda keçirilmişdir. Turnirdə 120 kursant öz güclərini sınamışlar. Qaliblərə Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri, Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.
11 aprel 2017-ci il tarixdə Naxçıvan MR Yüngül Atletika Federasiyasının Şərur rayon bölməsi, Şərur rayon Gənclər İdman İdarəsi, Şərur rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq” devizi altında Şərur rayon ümumtəhsil məktəblilərinin oğlan və qız atletləri arasında 3000 m məsafəyə qaçış üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 34 komandada 154 atlet öz güclərini sınamışdır. Qaliblərə Naxçıvan MR Yüngül Atletika Federasiyasınin Şərur rayon bölməsinin, Şərur rayon Gənclər İdman İdarəsinin, Şərur rayon Təhsil şöbəsinin diplom və qiymətli hədiyyələri verilmişdir.
18 aprel 2017 – ci il tarixdə Naxçıvan MR Yüngül Atletika Federasiyasının Şərur rayon bölməsi, Şərur rayon Gənclər İdman İdarəsi, Şərur rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq” devizi altında Şərur rayon ümumtəhsil məktəblilərinin oğlan atletləri arasında 100 m və 2000 m məsafəyə qaçış üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 8 komandada 40 atlet öz güclərini sınamışdır. Qaliblərə Naxçıvan MR Yüngül Atletika Federasiyasınin Şərur rayon bölməsinin, Şərur rayon Gənclər İdman İdarəsinin, Şərur rayon Təhsil şöbəsinin diplom və qiymətli hədiyyələri verilmişdir.
27 aprel 2017-ci il tarixdə Naxçıvan MR Yüngül Atletika Federasiyasının, Babək rayon Gənclər və İdman İdarəsi, Babək rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü” münasibətilə Babək rayon ümumtəhsil məktəbləri arasıda yüngül atletika üzrə birincilik keçirilmişdir. Birincilik qızlar arasında 100 m, 200 m, 400 m, 800 m məsafələr üzrə oğlanlar arasında 100 m, 200 m, 400 m, 800 m, 1500 metr məsafələr üzrə keçirilmişdir. Birincilikdə 8 komandanın iştirakı ilə 40 atlet öz güclərini sınamışdır. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar verilmişdir .
28 - 30 aprel 2017-ci il tarixlərdə Bakı şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Bakı marafon 2017 “ küləyə qalib gələk devizi altında 21-km marafon qaçışı üzrə beynəlxalq turnir keçirilmişdir. Beynəlxaq turnirdə Naxçıvan MR Yüngül Atletika Federasiyasının 5 oğlan və qız atletləri öz güclərini sınamışdır. Turnirə Azərbaycan, ABŞ, Rusiya, İngiltərə, Ruminiya, Almaniya, Polşa, Türkiyə, İran İslam Respublikası, Gürgüstan, Qazaxıstan, Özbəkistan, Qırğığıstan və.s.dövlətlərlə bərabər Naxçıvan MR Yüngül Atletika Federasiyasının atletlərinin iştirakı ilə 13000 - də artıq atlet öz güclərini sınamışdır. Naxçıvan MR Yüngül Atletika Federasiyasının atletlərində Quliyev Kərim 17-ci yerə, Qasımov Cavid 53-cü yerə, Abbasova Telli 93-cü yerə çıxmışlar.
08 may 2017- ci il tarixdə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Yüngül Atletika Federasiyasının tədbirlər planına əsasən “ Heydər Əliyev kuboku ” uğrunda 5 km kross qaçışı üzrə Ali və orta ixtisas təhsil müəssisələrinin oğlan və qız atletləri arasında Naxçıvan MR turniri keçirilmişdir. Turnirdə 400 oğlan və qız atletlər öz güclərini sınamışdır. Qaliblərə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin diplomları və Yüngül Atletika Federasiyasının diplom və qiymətli hədiyyələri verilmişdir.
24 may 2017-ci il tarixdə Naxçıvan MR Yüngül Atletika Federasiyasının, Şahbuz rayon Gənclər və İdman İdarəsi, Şahbuz rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü” münasibətilə Şahbuz rayon ümumtəhsil məktəbləri arasıda yüngül atletika üzrə birincilik keçirilmişdir. Birincilik qızlar arasında 100 m, 200 m, 400 m, 800 m məsafələr üzrə oğlanlar arasında 100 m, 200 m, 400 m, 800m, 1500 metr məsafələr üzrə keçirilmişdir. Birincilikdə 10 komandanın iştiraki ilə 90 atlet öz güclərini sınamışdır. Qaliblərə Naxçıvan MR Yüngül Atletika Federasiyasının kuboku və təşkilatçılar tərəfindən diplomlar verilmişdir.
09 iyun 2017 - ci il tarixdə Naxçıvan MR Yüngül Atletika Federasiyası, Naxçıvan şəhər Gənclər və İdman İdarəsi və Şahbuz rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “15 iyun Milli Qurtuluş günü”nə həsr olunmuş 2 km kross qaçışı üzrə Naxçıvan şəhər və Şahbuz rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Yarışda 60 atlet öz güclərini sınamışlar. Qaliblərə Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri və təşkilatçılar tərəfindən fəxri fərman verilmişdir.
13 iyun 2017 - ci il tarixdə Naxçıvan MR Yüngül Atletika Federasiyası, Babək rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “15 iyun Milli Qurtuluş günü”nə həsr olunmuş 100 m, 200 m, 400 m qaçış üzrə Babək rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Yarışda 40 atlet öz güclərini sınamışlar. Qaliblərə Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri və təşkilatçılar tərəfindən fəxri fərman verilmişdir.
13 iyun 2017 – ci il tarixdə Naxçıvan MR Yüngül Atletika Federasiyası, Culfa rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “15 iyun Milli Qurtuluş günü”nə həsr olunmuş 2 km kross qaçışı üzrə Culfa rayon birinciliyi keçirilmişdir. Yarışda 70 atlet öz güclərini sınamışlar. Qaliblərə Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri və təşkilatçılar tərəfindən fəxri fərman verilmişdir.
15 iyun 2017 – ci il tarixdə Naxçıvan MR Yüngül Atletika Federasiyasınin Şahbuz rayon bölməsi, Şahbuz rayon Təhsil şöbəsi, Şahbuz rayon Gənclər və İdman İdarəsinin Şahbuz rayon Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi təşkilatının birgə təşkilatçılığı ilə “15 iyun Milli Qurtuluş günü”nə həsr olunmuş Şahbuz rayon ümmumtəhsil məktəbləri arasında şən startlar əyləncəli idman oyunu keçirilmişdir. Birincilikdə 6 komandanın iştiraki ilə 36 qız və oğlan atlet öz güclərini sınamışdır. Yarış Şahbuz Kolanı kənd tam orta məktəbinin idman zalında keçirilmişdir . Qaliblərə Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri, Şahbuz rayon Təhsil şöbəsi, Şahbuz rayon Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.
23-24 iyun 2017-ci tarixlərdə yüngül atletika üzrə Bakı şəhərində 1998-1999 -2002-2003 - cü il təvəllüdlü qız və oğlan atletlər arasında Azərbaycan birinciliyi keçirilmişdir. Birincilikdə yüngül atletika üzrə yığma komandamız muxtar respublikanı 12 idmançı ilə təmsil etmişdir. Onlardan 6 qız 6 oğlan atlet olmuşdur. Birincilikdə qızlar arasında Cəfərova Gülayə 1500 m məsafədə I yerə, 400 m məsafədə II yerə, 4x100 estafet qaçışında II yerə, Məmmədli Sevgi 1500 m məsafədə I yerə, 3000 m məsafədə III yerə , Babayeva Duyğu 4x100 estafet qaçışında II yerə, Oruclu Xatun 4x100 estafet qaçışında II yerə, Allahverdiyeva Cəmilə 4x100 estafet qaçışında II yerə laiq görülmüşlər .Oğlanlar arasında Nağıyev Əmrah 3000 m məsafədə I yerə, 1500 m məsafədə II yerə, Yunisov Cəbrayıl 1500 m məsafədə I yerə, 3000 m məsafədə II yerə, Həsənli Həsən 200 və 400 m məsafələrdə II yerə, Tağıyev Səfər 3000 m məsafədə III yerə laiq görülmüşlər. 4 x 100 estafet qaçışında qızlardan İbarət yığma komandamız Azərbaycan ikincisi olmuşdur . Qaliblərə Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin və Azərbaycan Respublikası Atletika Federasiyasının qiymətli hədiyyələr, Diplom və sertifikatları verilmişdir.
17 sentyabr 2017-ci il tarixlərdə Gəncə şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən “Gəncə marafon 2017 “ küləyə qalib gələk devizi altında 17-km marafon qaçışı üzrə beynəlxalq turnir keçirilmişdir. Beynəlxaq turnirdə Naxçıvan MR Yüngül Atletika Federasiyasının 1 oğlan atleti Nağıyev Əmrah öz gücünü sınamışdır.
28 sentyabr 2017-ci il tarixdə Naxçıvan MR Yüngül Atletika Federasiyasının Şahbuz rayon bölməsinin, Şahbuz rayon Gənclər İdman İdarəsi, Şahbuz rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq ” devizi altında Şahbuz rayon ümumtəhsil məktəblilərinin oğlan atletləri arasında arasında. Birincilk qız atletlər arasında 100 m , 200 m, 400 m, 800 m məsafələrdə 10 komandanın iştirakı ilə 50 – dən artıq atlet öz güclərini sınamışdır. Qaliblərə Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri və təşkilatçılar tərəfindən diplom və medallar verilmişdir.
29 sentyabr 2017-ci il tarixdə Naxçıvan MR Yüngül Atletika Federasiyasının Ordubad rayon bölməsinin, Ordubad rayon Gənclər İdman İdarəsi, Ordubad rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq ” devizi altında Ordubad rayon birinciliyi keçirilmişdir. Birincilikdə oğlan atletlər arasında 100 m , 200 m, 400 m, 800 m, 1200 məsafələrə və qız atletlər arasında 100 m, 200 m, 400 m, 800 m məsafələrdə 12 komandanın iştirakı ilə 120 – dən artıq atlet öz güclərini sınamışdır. Qaliblərə Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri və təşkilatçılar tərəfindən diplom və medallar verilmişdir.
06-07 oktyabr 2017-ci il tarixdə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin, Naxçıvan MR Təhsil Nazirliyinin və Yüngül Atletika Federasiyasının təşkilatçılığı ilə “Şən startlar əyləncəli idman oyunları” üzrə Naxçıvan şəhər birinciliyi keçirilmişdir. Birincilik Naxçıvan şəhər ilham Əliyev adına Olimpiya kompleksində keçirilmişdir . Birincilikdə 8 komandada 64 sagird 8 müəllim iştirak etmişdir. Birincilikdə I-yerə Naxçıvan şəhər 14 №-li tam orta məktəbi II- yerə Naxçıvan şəhər 2№-li tam orta məktəbi, III yerə Heydər Əliyev adına tam orta məktəbi laiq görülmüşdür. Qaliblərə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin, Naxçıvan MR Təhsil Nazirliyinin diplomları və Yüngül Atletika Federasiyasının kubok və qiymətli hədiyyələri verilmişdir.
14-15 oktyabr 2017-ci tarixlərdə yüngül kross qaçışı üzrə Nabran şəhərində 1998-1999 2000-2011-ci il təvəllüdlü qız və oğlan atletlər arasında Azərbaycan birinciliyi keçirilmişdir. Birincilikdə yüngül atletika üzrə yığma komandamız muxtar respublikanı 2 oğlan atlet idmançı ilə təmsil etmişdir. Cempionatda 3000 m məsafədə Yunisov Cəbrayıl III yerə, 6000 m məsafədə Nağıyev Əmrah I yerə laiq görülmüş və Azərbaycan çempionu olmuşdur. Qaliblərə Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin və Azərbaycan Respublikası Atletika federasiyasının diplom və medalları verilmişdir.
27 oktyabr 2017-ci il tarixdə Naxçıvan MR Yüngül Atletika Federasiyasınin Culfa rayon bölməsi, Culfa rayon Təhsil şöbəsi və Culfa rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Culfa rayon ümmumtəhsil məktəbləri arasında şən startlar əyləncəli idman oyunu keçirilmişdir. Birincilikdə 6 komandanın iştiraki ilə 48 qız və oğlan atlet öz güclərini sınamışdır. Yarış Culfa şəhər 3 №-li tam orta məktəbinin idman zalında keçirilmişdir. Qaliblərə Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri, Culfa rayon Təhsil şöbəsi, Culfa rayon Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.
10 noyabr 2017-ci il tarixdə Naxçıvan MR Yüngül Atletika Federasiyasınin Şahbuz rayon bölməsi, Şahbuz rayon Gənclər İdman İdarəsi, Şahbuz rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “12 noyabr Konstutisiya Günü ” münasibətilə Şahbuz rayon ümumtəhsil məktəblilərinin oğlan atletləri arasında 2000 m məsafəyə qaçış üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 40 atlet öz güclərini sınamışdır. Qaliblərə Naxçıvan MR Yüngül Atletika Federasiyasınin Şahbuz rayon bölməsinin, Şahbuz rayon Gənclər İdman İdarəsinin, Şahbuz rayon Təhsil şöbəsinin diplom və qiymətli hədiyyələri verilmişdir.
15 noyabr 2017 – ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublika Yüngül Atletika Federasiyasının birgə təşkilatçılığı ilə “10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi “nə həsr olunmuş ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında yüngül atletika üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin keçirilmişdir. Birincilikdə oğlan atletlər arasında 100 m , 200 m, 400 m, 800 m, 1500 məsafələrə və qız atletlər arasında 100 m, 200 m, 400 m, 800 m məsafələrdə 6 komandanın iştirakı ilə 60 – dan artıq atlet öz güclərini sınamışdır. Qaliblərə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri yanında Gənclər Fondunun diplom, kubok və qiymətli hədiyyələri verilmişdir.
13-15 dekabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyasının Culfa rayon təşkilatının Gənclər birliyinin, Naxçıvan MR Yüngül Atletika Federasiyasınin Culfa rayon bölməsi, Culfa rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Culfa rayon ümmumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında şən startlar əyləncəli idman oyunu keçirilmişdir. Birincilikdə 12 komandanın iştiraki ilə 72 qız və oğlan atlet öz güclərini sınamışdır. Yarış Culfa şəhər 3 №-li tam orta məktəbinin idman zalında keçirilmişdir. Qaliblərə Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri, Şahbuz rayon Təhsil şöbəsi, Şahbuz rayon Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.
20 dekabr 2017-ci il tarixdə Naxçıvan MR Yüngül Atletika Federasiyasının Şahbuz rayon bölməsi, Şahbuz rayon Təhsil şöbəsi və Şahbuz rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “31 dekabr dünya Azərbaycanlılarının Həmrəylik günü”nə həsr olunmuş Şahbuz rayon ümmumtəhsil məktəbləri arasında şən startlar əyləncəli idman oyunu keçirilmişdir. Birincilikdə 6 komandanın iştiraki ilə 36 qız və oğlan atlet öz güclərini sınamışdır. Yarış Şahbuz şəhər 1 №-li tam orta məktəbinin idman zalında keçirilmişdir. Qaliblərə Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri, Şahbuz rayon Təhsil şöbəsi, Şahbuz rayon Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.
14 yanvar 2017-ci il tarixdə Naxçıvan MR Ali Məclisində idmanla bağlı keçirilən müşavirədə verilmiş tapşırıqlara əsasən 11.04.2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə az təminatlı ailələrdən olan uşaq və yeniyetmələr idman geyimi və ləvəzimatları ilə təmin olunmuşdur. Həmin tədbirdə Naxçıvan Muxtar Respublika Yüngül Atletika Federasiyasınin 5 atletinə idman geyimi və ləvəzimatları verilmişdir .
05-07 sentyabr 2017 – ci il tarixlərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Həmkarlar İtifaqlar Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan MR Yüngül Atletika Federasiyasınin 32 idmançısı Ağbulaq istirahət mərkəzində 3 günlük tədbirdə iştirak etmişdir.
28 dekabr 2017 – ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri yanında Gənclər Fondu tərəfindən Naxçıvan Muxtar Respublika Yüngül Atletika Federasiyasınin atleti Məmmədli Sevgi ilin ən yaxşı idmançısı və qadınladan ibarət yığma komandanın məşqçisi Əmiraslanova Həlimə Fazil qızı ilin ən yaxşı qadın məşqçisi adına laiq görülmüşlər.
15 iyun 2017 –ci il tarixdəNaxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Milli Qurtuluş günü”nə həsr olunmuş Əlincə qalaya yürüşdə 5 idmançımız və 1 məşqçimiz iştirak etmişdir.
Naxçıvan MR Yüngül Atletika Federasiyasının
sədr müavini: İ.Rəhimov