Yüngül Atletika Federasiyasının təştilatçılığı ilə 2018-ci il ərzində keçirilən yarışların hesabatı

          02 fevral  2018 -ci  il tarixdə Naxçıvan  Muxtar Respublikasının Gənclər və  İdman Nazirliyinin, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər  Birliyinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri yanında Gənclər Fondu tərəfindən Naxçıvan Muxtar Respublika Yüngül Atletika Federasiyasının atleti Cəfərova Gülayə ilin ən yaxşı gənc idmançısı və Hüseynov Samil ilin ən gənc kişi məşqçisi adına layiq görülmüşlər.

          09 fevral  2018-ci il tarixdə Naxçıvan MR Yüngül Atletika Federasiyasının Şahbuz rayon bölməsi, Şahbuz rayon Təhsil şöbəsi  və  Şahbuz  rayon   Gənclər və İdman  İdarəsinin və Şahbuz rayon Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi təşkilatının birgə  təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq” devizi altında Şahbuz  rayon ümumtəhsil məktəbləri arasında şən startlar əyləncəli idman oyunu keçirilmişdir. Birincilikdə  6  komandanın  iştirakı ilə 36 qız və oğlan atlet öz güclərini sınamışdır. Yarış  Şahbuz  şəhər 2 №-li tam orta  məktəbinin idman zalında keçirilmişdir. Qaliblərə Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri,  Şahbuz  rayon   Təhsil şöbəsi, Şahbuz  rayon   Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.

 

        10 fevral 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən  idman federasiyalarının  2017-ci il  ərzində gördüyü işlər və 2018-ci ildə qarşıda duran vəzifələr mövzusunda iclas keçirilmişdir. İclasda 2017-ci il ərzində idman sahəsində yüksək  nailiyyətlər əldə etdiyinə və qazanılan medalların sayına görə Naxçıvan MR Yüngül Atletika Federasiyasının  və federasiyanın atleti Nağıyev Əmrah Naxçıvan MR Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılmışdır.

        16-18 fevral 2018-ci il tarixlərdə yüngül atletika üzrə Bakı şəhərində 2001-2002-ci il təvəllüdlü qız və oğlan atletlər arasında Azərbaycan birinciliyi keçirilmişdir. Birincilikdə yüngül atletika üzrə yığma komandamız muxtar respublikanı 12 idmançı ilə təmsil etmişdir. Onlardan 6 qız 6 oğlan atlet olmuşdur. Çempionatda  1500- 3000 metr məsafələrdə Cəfərova Gülayə I yerə, Oruclu Xatun 3000 metr məsafədə II yerə, 1500-3000 metr məsafələrdə   Məmmədli Sevgi III yerə, Tağıyev Səfər 3000 metr məsafədə III yerə, 4x200 estafet qaçışında oğlanlardan ibarət yığma komandamız Azərbaycan üzrə III olmuşdur. Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və  Azərbaycan Respublikası Atletika Federasiyasının qiymətli hədiyyələri,  diplom və medalları  verilmişdir.

        23 fevral 2018-ci il  tarixdə“Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq” devizi altında yüngül atletika  üzrə Heydər Əliyev adına  Hərbi Lisey kursantları arasında 100 m, 200 m, 400 m, 800 m, 1500 metr məsafələr üzrə Naxçıvan şəhər turniri  keçirilmişdir. Turnir Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin, Yüngül Atletika Federasiyası və Heydər Əliyev adına Hərbi Liseyin təşkilatçılığı ilə Naxçıvan MR stadionunda keçirilmişdir. Yarışda 100 kursant öz güclərini sınamışlar. Qaliblərə və Yüngül Atletika Federasiyasının diplom və  qiymətli hədiyyələri, Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin diplomları verilmişdir. 

         28 fevral 2018-ci il Naxçıvan MR Yüngül Atletika Federasiyasının Culfa  rayon bölməsi, Culfa rayon Təhsil şöbəsi, Culfa rayon Gənclər və İdman İdarəsinin birgə  təşkilatçılığı ilə 05 - mart  Bədən tərbiyəsi  və İdman Günü”nə həsr olunmuş Culfa   rayon ümumtəhsil məktəbləri arasında Yüngül Atletikanın uzunluğuna tullanma növü üzrə Culfa rayon birinciliyi  keçirilmişdir. Birincilikdə 10 komandanın iştirakı ilə 40 oğlan atlet öz güclərini sınamışdır. Qaliblərə Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri,  Culfa rayon Təhsil şöbəsi, Culfa rayon Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.

        01 mart 2018-ci il Naxçıvan MR Yüngül Atletika Federasiyasının Şahbuz rayon bölməsi, Şahbuz  rayon  Təhsil şöbəsi, Şahbuz  rayon Gənclər və  İdman İdarəsinin, birgə  təşkilatçılığı ilə 05 - mart  Bədən tərbiyəsi  və İdman Günü”nə həsr olunmuş Şahbuz  rayon  ümumtəhsil məktəbləri arasında yüngül atletika idman növünün 100 m, 200 m, 400 m, 800 m məsafələrə qaçış növləri üzrə qız atletlər arasında Şahbuz rayon birinciliyi  keçirilmişdir. Birincilikdə  6  komandanın  iştiraki ilə 36 qız atlet öz güclərini sınamışdır. Qaliblərə Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri, Şahbuz rayon Təhsil şöbəsi, Şahbuz rayon Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.

        02 mart 2018-ci il Naxçıvan MR Yüngül Atletika Federasiyasının Şahbuz rayon bölməsi, Şahbuz rayon Təhsil şöbəsi, Şahbuz  rayon  Gənclər  və İdman İdarəsinin, birgə  təşkilatçılığı ilə 05 - mart  Bədən tərbiyəsi  və İdman Günü”nə həsr olunmuş Şahbuz  rayon ümumtəhsil məktəbləri arasında yüngül atletika idman növünün 100 m, 200 m, 400 m, 800 m, 1500 m məsafələrə  qaçış növləri arasında oğlan atletlər arasında Şahbuz rayon birinciliyi keçirilmişdir. Birincilikdə  10  komandanın iştiraki ilə 50 oğlan atlet öz güclərini sınamışdır. Qaliblərə  Yüngül Atletika Federasiyasının  qiymətli hədiyyələri,  Şahbuz  rayon   Təhsil şöbəsi, Şahbuz rayon Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.

         02 mart 2018-ci il Naxçıvan MR Yüngül Atletika Federasiyasının Sədərək rayon bölməsinin, Sədərək  rayon Təhsil şöbəsi, Sədərək rayon Gənclər və İdman İdarəsinin, birgə  təşkilatçılığı ilə 05 - mart  Bədən tərbiyəsi  və İdman Günü”nə həsr olunmuş Sədərək  rayon ümumtəhsil məktəbləri arasında yüngül atletika idman növünün oğlan atletlər  arasında 100 m, 200 m, 400 m, 800 m, 1500 m məsafəyə qaçış növləri, qız atletlər arasında 100 m, 200 m, 400 m məsafələr arasında Sədərək rayon birinciliyi keçirilmişdir. Birincilikdə 30 oğlan və qız atlet öz güclərini sınamışdır. Qaliblərə Yüngül Atletika Federasiyasının   qiymətli hədiyyələri, Sədərək rayon Təhsil şöbəsi, Sədərək rayon Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.

         05 mart 2018-ci il tarixdə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Yüngül Atletika Federasiyasının tədbirlər planına əsasən 05 - mart  Bədən tərbiyəsi  və İdman Günü”nə  həsr  olunmuş  yeniyetmələr  (2001-2002-ci illər) arasında yüngül atletika üzrə  Naxçıvan  MR  birinciliyi keçirilmişdir. Birincilikdə oğlan və qız atletlər arasında  100 m, 200 m, 400 m, 800 m,1500 metr məsafələrdə 120 atlet öz güclərini sınamışdır. Qaliblərə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin, Naxçıvan MR Təhsil Nazirliyinin diplomları və Yüngül Atletika Federasiyasının kubok, diplom və  qiymətli hədiyyələri verilmişdir. 

        13 aprel  2018-ci  il tarixdə Şərur rayon Gənclər  və İdman İdarəsinin, Şərur rayon  Təhsil şöbəsi, Yeni Azərbaycan Partiyası Şərur rayon Təşkilatı Gənclər Birliyinin və  Naxçıvan MR Yüngül Atletika Federasiyasının Şərur rayon bölməsinin  birgə  təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq” devizi altında Şərur rayon ümumtəhsil məktəblərinin oğlan  atletlər  arasında birinciliyi keçirilmişdir. Birincilikdə 100 m və 2000 metr məsafələrdə 10 komandanın iştirakı ilə 50 atlet öz güclərini sınamışdır.  Qaliblərə təşkilatçılar tərəfindən diplom və  qiymətli hədiyyələr verilmişdir.

         16 aprel  2018-ci  il tarixdə  Şahbuz  rayon  Gənclər  və  İdman İdarəsinin, Şahbuz  rayon Təhsil şöbəsi, Yeni Azərbaycan Partiyası Şahbuz rayon Təşkilatı Gənclər Birliyinin və  Naxçıvan MR Yüngül Atletika Federasiyasının Şahbuz rayon bölməsi, birgə  təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq” devizi altında Şahbuz rayon ümumtəhsil məktəblərinin qız atletlər arasında birinciliyi keçirilmişdir. Birincilikdə 100 m,  200 m, 400 m, 800 m məsafələrdə 10 komandanın iştirakı ilə 40 atlet öz güclərini sınamışdır.  Qaliblərə təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr verilmişdir.

        17 aprel  2018-ci  il tarixdə  Şərur  rayon Gənclər  və  İdman İdarəsinin, Şərur rayon  Təhsil şöbəsi, Yeni Azərbaycan Partiyası Şərur rayon Təşkilatı Gənclər Birliyinin və  Naxçıvan MR Yüngül Atletika Federasiyasının Şərur rayon bölməsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq” devizi altında Şərur rayon ümumtəhsil məktəblərinin qız atletlər arasında birinciliyi keçirilmişdir. Birincilikdə 100 m,  200 m, 400 m, 800 m məsafələrdə 10 komandanın iştirakı ilə 70 atlet öz güclərini sınamışdır.  Qaliblərə    təşkilatçılar tərəfindən  diplom və  qiymətli hədiyyələr verilmişdir.

        17 aprel 2018-ci il tarixdə Naxçıvan MR Yüngül Atletika Federasiyası, Naxçıvan şəhər Gənclər İdman İdarəsi, Naxçıvan şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin qız atletlər arasında birinciliyi keçirilmişdir. Birincilikdə  arasında 60 m, 100 m, 200 m, 300 m, 400 m məsafələrdə 19 komandanın iştirakı ilə 100 atlet öz güclərini sınamışdır. Qaliblərə Yüngül Atletika Federasiyasının diplom və qiymətli hədiyyələri verilmişdir.

       03 may  2018-ci il tarixdə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin və Yüngül Atletika Federasiyasının tədbirlər planına əsasən “ Heydər Əliyev kuboku ” uğrunda 5 km  kross qaçışı  üzrə  ali   və  orta  ixtisas  təhsil müəssisələrinin oğlan və qız atletləri arasında Naxçıvan MR turniri keçirilmişdir. Turnirdə 250 oğlan və qız atletlər öz güclərini sınamışdır. Qaliblərə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin diplomları və Yüngül Atletika Federasiyasının diplom və  qiymətli hədiyyələri verilmişdir.

          03 may   2018-ci  il tarixdə  Şərur rayon Gənclər və  İdman İdarəsinin, Şərur rayon  Təhsil şöbəsi, Yeni Azərbaycan Partiyası Şərur rayon Təşkilatı Gənclər Birliyinin və  Naxçıvan MR Yüngül Atletika Federasiyasının Şərur rayon bölməsinin  birgə  təşkilatçılığı ilə “ Heydər Əliyev kuboku ” uğrunda 5 km kross qaçışı üzrə Şərur rayon oğlan atletlər  arasında birinciliyi keçirilmişdir. Birincilikdə 70 atlet öz güclərini sınamışdır. Qaliblərə    təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr verilmişdir.

         10 may 2018-ci il tarixdəNaxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər  Birliyinin, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının  95-ci  ildönümü” münasibətiilə Əlincə qalaya yürüyüşdə 5 idmançımız 1 məşqçimiz iştirak etmişdir.

        12 may 2018-ci  il tarixdə Ordubad  rayon Gənclər  və  İdman İdarəsinin, Ordubad    rayon Təhsil şöbəsi, Yeni Azərbaycan Partiyası  Ordubad  rayon  Təşkilatı Gənclər Birliyinin və Naxçıvan MR Yüngül Atletika Federasiyasının Ordubad rayon bölməsinin birgə  təşkilatçılığı ilə  Azərbaycan  Xalq Cumhuriyyətinin  yaranmasının 100 illiyinə həsr olunmuş   Ordubad rayon birinciliyi keçirilmişdir. Birincilik  3000 metr kross qaçışı üzrə keçirilmişdir. Birincilikdə 9 komandada 40 atlet öz güclərini sınamışdır.  Qaliblərə  təşkilatçılar tərəfindən  diplom və  qiymətli hədiyyələr verilmişdir

        13 may  2018-ci il tarixdə Bakı şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə  keçirilən “Bakı marafon  2018“ küləyə qalib gələk devizi altında  21km  yarı marafon qaçışı üzrə beynəlxalq turnir keçirilmişdir. Beynəlxaq turnirdə  Naxçıvan MR Yüngül Atletika Federasiyasının  2 oğlan atleti təmsil etmişdir. Turnirə  Azərbaycan , ABŞ, Rusiya,  İngiltərə, Ruminiya,  Almaniya, Polşa, Türkiyə, İran İslam Respublikası , Gürcüstan, Latviya , Litviya,   Estoniya , Ukrayna , Belarus, Qazaxıstan, Özbəkistan, Qırğısıstan və.s.dövlətlərlə bərabər  Naxçıvan MR Yüngül Atletika Federasiyasının atletlərinin iştirakı ilə 18000-də artıq atlet öz güclərini sınamışdır . Naxçıvan MR Yüngül Atletika Federasiyasının atletlərindən Nağıyev Əmrah 12-ci  yerə, Tağıyev Səfər 22-ci yerlərə qaçmışlar.

         22 may  2018-ci  il tarixdə  Culfa rayon Gənclər və  İdman  İdarəsinin, Culfa rayon  Təhsil şöbəsi, Yeni Azərbaycan Partiyası Culfa rayon Təşkilatı Gənclər Birliyinin və  Naxçıvan MR Yüngül Atletika Federasiyasının  Culfa rayon bölməsinin  birgə  təşkilatçılığı ilə  Naxçıvan Muxtar Respublikasının 2018-ci il  “Gənclər paytaxtı ” seçilməsi ilə ələqadar olaraq Culfa rayon ümumtəhsil məktəblərinin oğlan atletlər arasında birinciliyi keçirilmişdir. Birincilik Culfa şəhər “Bayraq Meydanı” istiqamətindən “Gülüstan  Türbəsi ” istiamətinədək   3000 metr kross qaçışı üzrə keçirilmişdir. Birincilikdə 60 atlet öz güclərini sınamışdır.  Qaliblərə təşkilatçılar tərəfindən diplom və  qiymətli hədiyyələr verilmişdir.

         08 iyun  2018-ci il tarixdə  Naxçıvan MR Yüngül Atletika Federasiyasının Şahbuz rayon bölməsi, Şahbuz  rayon Təhsil şöbəsi,  Şahbuz  rayon  Gənclər  və  İdman  İdarəsinin  birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Günü”nə həsr olunmuş Şahbuz rayon  ümumtəhsil məktəblərinin V-VIII sinif şagirdləri  arasında şən startlar əyləncəli idman oyunu keçirilmişdir. Birincilikdə 5 komandanın  iştirakı ilə 30 qız və oğlan atlet öz güclərini sınamışdır. Yarış Şahbuz rayon 1 nömrəli tam orta məktəbinin  idman zalında keçirilmişdir.  Qaliblərə Yüngül Atletika Federasiyasının  qiymətli hədiyyələri, Şahbuz  rayon Təhsil şöbəsi, Şahbuz  rayon  Gənclər və İdman İdarəsinin diplomları verilmişdir.

      08-09 iyun 2018-ci il tarixlərdə yüngül atletika üzrə Bakı şəhərində 2001-2002-ci il təvəllüdlü qız və oğlan atletlər arasında Azərbaycan yay birinciliyi keçirilmişdir. Birincilikdə yüngül atletika üzrə yığma komandamız muxtar respublikanı 12 idmançı ilə təmsil etmişdir. Onlardan 6 qız, 6 oğlan atlet olmuşdur. Çempionatda atletlərimizdən Oruclu Xatun 1500 metr məsafədə  I yerə, 800 metr məsafədə  II yerə, 4x100 estafet qaçışında II yerə, Babayeva İlkanə 800 metr məsafədə III yerə, 4x100 estafet qaçışında II yerə, Məmmədli Sevgi  III yerə, Qurbanova Tamella 4x100 estafet qaçışında II yerə, Abbasova Telli 4x100 estafet qaçışında II yerə, oğlan atletlərimizdən Tağıyev Səfər 1500 metr məsafədə  II yerə,  3000 mert məsafədə  III yerə  layiq görülmüşdür  .Ümümilikdə, muxtar respublika atletləri 1qızıl, 6 gümüş, 3 bürünc  olmaqla  cəmi 10 medal qazanmışlar. 4x100 estafet qaçışında qızlardan ibarət yığma komandamız Azərbaycan üzrə II olmuşdur. Qaliblərə Azərbaycan Respublikası Gənclər İdman Nazirliyinin və  Azərbaycan Respublikası Atletika Federasiyasının qiymətli hədiyyələri,  diplom və medalları  verilmişdir.

        21 sentyabr  2018 - ci il tarixdə Naxçıvan MR Yüngül Atletika Federasiyası, Naxçıvan şəhər Gənclər İdman İdarəsinin  birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq” devizi altında 3 km kross qaçışı üzrə Naxçıvan və Şahbuz  komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir. Yoldaşlıq görüşündə  50  atlet öz güclərini sınamışlar. Qaliblərə Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri və təşkilatçılar tərəfindən fəxri fərman verilmişdir.

      13-14 oktyabr 2018-ci il tarixlərdə Yüngül Atletikanın kross qaçışı  üzrə  Quba şəhərində 1998-1999; 2000-2011- ci il təvəllüdlü qız və oğlan atletlər arasında Azərbaycan çempionatı keçirilmişdir. Çempionatda yüngül atletika üzrə yığma komandamız muxtar respublikanı 2 oğlan atlet idmançı ilə təmsil etmişdir . Çempionatda  3000 m məsafədə  Tağıyev Səfər  II yerə, 6000 m məsafədə  Nağıyev Əmrah I yerə layiq görülmüş və  Azərbaycan çempionu olmuşdur . Qaliblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və  Azərbaycan Respublikası Atletika Federasiyasının  diplom və medalları verilmişdir.

       25-26 oktyabr 2018-ci il tarixlərdə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin Naxçıvan MR Təhsil Nazirliyinin və Yüngül Atletika Federasiyasının təşkilatçılığı ilə Məktəblilərin Spartakiadasıyeniyetmələr  (2001-2003 - cü illər) arasında yüngül atletika üzrə  Naxçıvan  MR  birinciliyi keçirilmişdir. Birincilikdə 100 m, 400 m məsafələr üzrə 9 komanda iştirak etmiş 108  atlet öz güclərini sınamışdır. Qaliblərə Naxçıvan MR Gənclər və İdman Nazirliyinin, Naxçıvan MR Təhsil Nazirliyinin diplomları və Yüngül Atletika Federasiyasının diplom və  qiymətli hədiyyələri verilmişdir.

         15 noyabr  2018-ci  il tarixdə Naxçıvan  Muxtar Respublikasının Gənclər və  İdman Nazirliyi və Naxçıvan Muxtar Respublika Yüngül Atletika Federasiyasının birgə təşkilatçılığı ilə “ 10-17 noyabr Beynəlxalq Tələbə Gənclər Həftəsi “nə həsr olunmuş ali və orta  ixtisas təhsil müəssisələrinin tələbələri arasında  yüngül atletikanın  3000 m  məsafəyə qaçışda  6 komandanın iştirakı ilə 120-dən artıq atlet öz güclərini sınamışdır. Qaliblərə Naxçıvan  Muxtar  Respublikasının Gənclər və  İdman Nazirliyinin diplom, qiymətli  hədiyyələri və Yüngül Atletika Federasiyasının diplomları  verilmişdir.

 

 

                                            

 

 

                                                 Naxçıvan MR  Yüngül Atletika Federasiyasının

                                                 sədr müavini:                                         İ.Rəhimov