• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Ölkə çempionu olmuş ağır atletlərimiz ilə görüş keçirilib

     Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində uğur qazanan idmançılar və onların məşqçiləri ilə görüş keçirilib. Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində 20 və 23 yaşlı gənc oğlan və qızlar arasında ağır atletika üzrə ölkə birinciliyi keçirilib. Azərbaycanın 15 komanda və 150-dən çox idmançısının iştirak etdiyi çempionatda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının 3 idmançısı da mübarizə aparıb. İdmançılarımız ölkə birinciliyində uğurlu nəticə əldə edərək muxtar respublikaya 2 qızıl medalla qayıdıblar. Belə ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Gülcahan Əliyeva birdən qaldırmada 52, təkanla qaldırmada isə 65 kq, (ümumilikdə 117 kiloqram), Həsən Babayev isə 89 kiloqram çəki dərəcəsində birdən qaldırmada 104, təkanla qaldırmada isə 120 kq (ümumilikdə 232 kiloqram) qaldıraraq Azərbaycan çempionu adını qazanıblar. Qeyd edək ki, idmançılarımızın yaşının az olmasına baxmayaraq gənclər arasında keçirilən Azərbaycan birinciliyində iştirak ediblər.
 
Keçirilən görüşdə qazandıqları uğura görə idmançıları təbrik edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, 2022-ci ildən etibarən idmançılarımız federasiyanın digər bölmələri üzrə də ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda iştirak edərək uğurlu nəticələr qazanıblar. İlk olaraq cari ilin mart ayında ağır atletika üzrə keçirilən ölkə çempionatında 3 idmançımız böyük nailiyyət əldə edib. Ardınca da 1-2 oktyabr tarixlərində Azərbaycan çempionatında bu uğuru qazanıblar. Azərbaycanın müxtəlif bölgələrindən 150-dən çox idmançının mübarizə apardığı ölkə çempionatında idmançılarımızın medallar qazanması muxtar respublikada idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir.
 
Sonra vurğulanıb ki, federasiyanın əsas məqsədi qarşıdakı aylarda da keçiriləcək ölkədaxili və beynəlxalq yarışlarda uğur qazanmaq, Naxçıvanın idman ənənələrini layiqincə təmsil etməkdir. Federasiya sədri qazanılan uğura görə məşqçi və idmançılara təşəkkürünü bildirib.

 

                                            
                                      

 
059931
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
10
25
118
572
59931

Tarix: 20 -07-2024