• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının məşqçi-müəllimləri və üzvləri Naxçıvan şəhərində səfərdə olublar

  “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı muxtar respublikaya ölkə səviyyəli məşqçi-müəllimlər və tanınmış idmançıların dəvət olunması istiqamətində görülən işlər uğurla davam etdirilir. Proqramın icrası ilə əlaqədar olaraq 28-30 oktyabr tarixlərində Azərbaycan Gimnastika Federasiyası və Naxçıvan Muxtar Respublika Atletika Federasiyası arasında dostluq əlaqələrinin gücləndirilməsi istiqamətində Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının 3 məşqçi-müəllimi və yığma komandadan ibarət 20 nəfər Naxçıvan şəhərində səfərdə olublar.
 
Naxçıvan Atletika Federasiyasının bədii gimnastika bölməsində olan qonaqların diqqətinə çatdırılıb ki, muxtar respublikada gimnastika artıq sevilən və inkişaf edən idman növlərindən birinə çevirilib. Balaca fidanlarımızın timsalında yeni idmançı nəslinin yetişməsi muxtar respublikada qadın idmanının inkişafı üçün mühüm töhfədir.
Yığma komandanın üzvləri balaca gimnastlara imzalı kartlarını təqdim ediblər. Sonra gimnastların nümunəvi çıxışları olub. Qonaqlar tərəfindən hədiyyə edilən müxtəlif gimnastika idman avadanlıqları gimnastlar tərəfindən sevinclə qarşılanıb.
Daha sonra Şərur rayon bədii gimnastika bölməsində gimnastlarla görüş keçirilib. Görüş zamanı bölmə üzvləri nümunəvi çıxışlarla bacarıqlarını nümayiş etdiriblər. Çıxışları maraqla qarşılayan yığma komandanın üzvləri balaca gimnastlara uğurlar arzulayıb imza kartlarını təqdim ediblər. Sonda gimnastlara qonaqlar tərəfindən hədiyyələr verilib xatirə şəkili çəkdirilib.
Qeyd edək ki, səfər çərçivəsində qonaqlar muxtar respublikanın bir sıra gəzməli, görməli yerlərində olublar.
                                            
                                      

 
060195
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
25
20
220
836
60195

Tarix: 27 -07-2024