• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Qaçış üzrə birinciliyin qalibləri müəyyən olunub

  Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan şəhər tam orta məktəblərinin oğlan atletləri (2006-2007-ci illər) аrаsındа atletikanın qaçış növü üzrə birincilik keçirilib.
    Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 15 komanda (hər komandanın tərkibi 3 oğlan) üzrə 45 idmançı iştirak edib. Proqrama əsasən atletlər 100, 200 və 400 metr məsafədə birincilik uğrunda mübarizə aparıblar.
  Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun təşkil olunan yarışda 100 metr məsafədə 15 nömrəli tam orta məktəbin şagirdi Rəmzi Məmmədli, 200 metr məsafədə 17 nömrəli tam orta məktəbin şagirdi Abdulla Süleymanov və 400 metr məsafədə 15 nömrəli tam orta məktəbin şagirdi Əliabbas Səfərov qalib adını qazanıblar.
    Komanda üzrə isə 15 nömrəli tam orta məktəbin komandası birinci yerə layiq görülüb. 17 nömrəli tam orta məktəbin komandası ikinci, 8 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.
    Sonda yer tutan komanda və idmançılara təşkilatçıların diplomları təqdim olunub.
                                                                                                                                                                                               Ceyhun MƏMMƏDOV
 
                                            
                                      

 
043411
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
32
27
189
804
43411

Tarix: 29 -01-2023