5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası və Gənclər və İdman Nazirliyi ilə birgə təşkilatçılığı ilə muxtar respublikanın birinciliyi keçirilmişdir. Birincilikdə muxtar respublikanın bütün rayonlarından, ümumilikdə, 120-yə yaxın idmançı öz gücünü yarış zolaqlarında nümayiş etdirib. Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən yarışda oğlanlar arasında 100, 200, 400, 800, 1500, qızlar arasında isə 100, 200, 400, 800, 1000 metr məsafələrə qaçış üzrə keçirilib. Yarışın qaliblərinə Yüngül Atletika Federasiyasının diplom və qiymətli hədiyyələri təqdim olunub.