• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Yüngül Atletika Federasiyasında görüş

         Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının yetirmələri Bakı şəhərində keçirilən Azərbaycan birinciliyində mübarizə aparıblar. İdmançılarımız həmin birincilikdə 12 müxtəlif əyarlı medal qazanıblar. Bu münasibətlə Yüngül Atletika Federasiyasında idmançı və məşqçi-müəllimlərlə görüş keçirilib. Federasiyanın sədri Rövşən Məmmədov çıxış edərək bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafına da xüsusi diqqət yetirilir, yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada müasir idman infrastrukturunun, olimpiya komplekslərinin, digər obyektlərin istifadəyə verilməsi,idmanın müxtəlif növləri üzrə federasiyaların yaradılması gənclərin idmana cəlbinə şərait yaradıb. Naxçıvanda idman ənənələrinin formalaşması bu gün uşaqların da bu sahəyə kütləvi şəkildə axınına səbəb olub. Qeyd olunub ki, Yüngül Atletika Federasiyası yarandığı gündən muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

 

      Bu gün federasiyanın nəzdindəki klublar və rayon bölmələri yüksək nəticələr əldə edir, idmançılarımız çıxış etdikləri turnirlərdə, yarışlarda böyük uğurlar qazanırlar. Onların düzgün istiqamətləndirilməsində federasiyaların üzərinə böyük məsuliyyət düşür. Yüngül Atletika Federasiyası da aidiyyəti idman növünün təbliği üçün mütəmadi olaraq yarışlar təşkil edir. Rövşən Məmmədov ölkə birinciliyində uğur qazanan idmançılarımızı təbrik edib, onlara yeniyeni nailiyyətlər arzulayıb. Sonra çıxış edən federasiyanın sədr müavini İntiqam Rəhimov, məşqçi-müəllimlər və idmançılar yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər. Sonda qalib idmançılar mükafatlandırılıb.

                                            
                                      

 
066568
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
41
11
330
736
66568

Tarix: 21 -12-2024