• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq

30 sentyabr 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında şəhər tam orta ümumtəhsil məktəblərinin oğlan və qız atletləri arasında yüngül atletika üzrə şəhər birinciliyi keçirilmişdir.

        Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan etmiş və bildirmişdir ki, birinciliyin keçirilmə məqsədi yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onları yüngül atletika idman növünə cəlb etməklə bu idman növünün inkişafına və kütləviliyinə nail olunmaqdır. Sonra Naxçıvan MR Yüngül Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov və Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Quliyev çıxış edərək idmançılara uğurlar diləmişlər.

Naxçıvan MR Yüngül Atletika Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 16 tam orta məktəbin komandası iştirak etmiş, hər komandanın tərkibi isə 4 oğlan və 4 qızdan ibarət olmuşdur.

      Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun keçirilən yarışda oğlanlar arasında Orucov Nail, Mirzəyev Kamil, Seyidov Ayxan, Tağıyev Səfər müvafiq olaraq 100, 200, 400, 800 metr, qızlar arasında isə Zəhra Şeval Yıldız, Bədəlova Səbinə, Hüseynova Gülay, Mehdiyeva Zülfiyyə müvafiq olaraq 100, 200, 300, 500 metr məsafədə I yerlərə, komanda hesabında 16 №-li tam orta məktəbin komandası I yerə, 3№-li tam orta məktəbin komandası II yerə, 6 №-li tam orta məktəbin komandası isə III yerə layiq görülmüşlər. Sonda yer tutan komanda və idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları və Naxçıvan MR Yüngül Atletika Federasiyasının qiymətli hədiyyələri ilə mükafatlandırılmılşlar.

                                            
                                      

 
055838
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
204
7
236
524
55838

Tarix: 28 -03-2024