• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

“Şən startlar” əyləncəli idman oyunaları keçirilmişdir

        Aprelin 14-15-də Şərur rayon Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Təhsil nazirliyi, Gəclər və İdman nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın şəhər və rayon məktəbləri arasında “Şən startlar” əyləncəli idman oyunaları keçirilmişdir.

      Yarışdan əvvəl Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, sonra təşkilatçılar mübarizə aparacaq komandalara uğurlar azulamışlar.

 

    “Şən startlar” əyləncəli idman oyunaları Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin “Şimşək”, Şərur şəhər 1 nömrəli tam orta məktəbin “Arpaçay”, Babək rayon Çeşməbasar kənd tam orta məktəbin “Cəsurlar”, Ordubad şəhər 3 nömrəli tam orta məktəbin “Dübəndi”,  Şahbuz şəhər tam orta məktəbin “Babtabat”, Kəngərli rayon Xök kənd tam orta məktəbin “İldırım”, Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbin “Lider” komandaları arasında keçirilmişdir.  İki gün davam edən maraqlı və gərgin mübarizədən sonra Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin “Şimşək” komandası birinci, Şərur şəhər 1 nömrəli tam orta məktəbin “Arpaçay” komandası ikinci, Ordubad şəhər 3 nömrəli tam orta məktəbin “Dübəndi” və Culfa rayon Yaycı kənd tam orta məktəbin “Dalğa” komandaları isə üçüncü yeri tutmuşlar.

Qalib komandaların iştirakçılarının bütün üzvlərinə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası tərəfindən hədiyyələr vermiş, yarşın digər təşkilatçıları isə öz diplomlarını təqdim etmişdir.

                                            
                                      

 
060211
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
41
20
236
852
60211

Tarix: 27 -07-2024