12-13 oktyabr 2019-cu il tarixlərdə Cəlilabad Olimpiya İdman Kompleksində 10 km məsafəyə kross qaçışı üzrə Azərbaycan çempionatı keçirilmişdir. Həmin çempionatda Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının idmançısı Nağıyev Əmrah İbrahim oğlu da iştirak edərək uğurlu nəticə ilə çempionatı başa vurmuş, gümüş medalla geri dönmüşdür. İdmançımızı təbrik edir gələcək yarışlarda ona uğurlar arzulayırıq.
http://naf.nmr.az/152-atletimiz-u%C4%9Fur-qazanm%C4%B1%C5%9Fd%C4%B1r.html#sigProId1557e7c94f
14.10.2019