• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Sədərək rayonununda yaradılmış idman klublarının təqdimatı keçirilmişdir

Sədərək rayonununda şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzindədir. Bu işlərin davamı olaraq Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində idman klubları yaradılmışdır. Yanvarın 7-də Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək rayonununda yaradılmış idman klublarının təqdimatı keçirilmişdir.

 

Tədbirdə Sədərək Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada olduğu kimi bu gün Sədərək rayon ümumtəhsil müəssisələrində də idmanın inkişafı diqqət mərkəzində saxlanılmışdır.

Bunun bariz nümunəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2020-ci il tarixli Sərancamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrində idman klubları yaradılmışdır.

Şöbə müdiri diqqətə çatdırıb ki, bu gün Sədərək Rayonununda 8 idman növü üzürə 15 idman klubu yaradılmış və 2020-2021-ci tədris ilinə dair tədbirlər planı hazırlanmışdır.

Belə ki, Sədərək rayon Uşaq Gənclər İdman Məktəbində sərbəst güləş, atletika, boks, stolüstü tennis karate do, voleybol, Sədərək kənd 1 nömrəli tam orta məktəbdə basketbol, atletika və voleybol, Sədərək kənd 2 nömrəli tam orta məktəbdə basketbol, atletika, futbol karate do və voleybol idman klubları, Heydərəbad qəsəbə tam orta məktəbində isə stolüstü tennis klubu olmaqla, ümumilikdə 8 idman növü üzrə 15 idman klubu yaradılmışdır. Yaradılan idman klublarında təlimlər üçün ümumlikdə 15 ixtisaslı idman müəllimi təyin edilmişdir.

Ümumtəhsil məktəblərinin direktorlarının və idman klublarının rəhbərlərinin nəzərinə çatırılıb ki, idman klublarının əhatə etdikləri idman növləri üzrə şagird bazasının formalaşdırılması, komandaların yaradılması, rayonlar arası yarışların keçirilməsi, muxtar respublika səviyyəli yarışlarda şagirdlərin iştirak və şagirdlərin idmana cəlbi daim diqqətə saxlanılmalı, yaradılmış şəraitdən səmərəli istifadə edilməli və qarşıya qoyulmuş tapşırıqlar vaxtında icra olunmalıdır.

         Daha sonra Uşaq Gənclər İdman Məktəbinin direktoru Nizami Bağırov, müəllimlərdən Qələndar Əliyev və Eldəniz Əliyev çıxış edərək yaradılan şəraitə görə muxtar respublika rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi

                                            
                                      

 
066661
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
51
83
423
829
66661

Tarix: 22 -12-2024