Bu gün Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Kəngərli rayon bölməsinin iclası keçirilib.
İclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Kəngərli rayon bölməsinin sədri Emin Məmmədxanlı bildirib ki, bütün sahələrdə quruculuq və inkişafın geniş vüsət aldığı muxtar respublikamızda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən dövrün tələbinə uyğun olaraq həyata keçirilən məqsədyönlü siyasət nəticəsində təhsilin, eləcə də idmanın inkişafı diqqətdə saxlanılmaqdadır.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2020-ci ilin fevralın 14-də “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət proqramı müasir dövrün reallıqları nəzərə alınmaqla uşaq və gənclərin idmana cəlbinin kütləviləşməsinə, əhalinin fiziki sağlamlığının qorunmasına yeni imkanlar yaradır. Dövlət Proqramından irəli gələn vəzifələr rayonun təhsil müəssisələrində yüksək səviyyədə icra olunur. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Kəngərli Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində kadr potensialı və mövcud şərait nəzərə alınmaqla idman klubları yaradılmış və idman klublarının təqdimatı keçirilmişdir. Yaradılan idman klubları uşaq və gənclərin idmana cəlbinin kütləviləşməsində, onların fiziki sağlamlığının qorunmasında, eləcə də asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayır.
Vurğulanıb ki, Kəngərli rayonu üzrə 21 idman klubu yaradılıb. Həmin idman klublarından 2-si atletika, 4-ü voleybol, 4-ü basketbol, 3-ü futbol, 2-si boks, 1-i karate-do, 2-si stolüstü tennis, 3-ü mini futboldur.
Sonra iclasın gündəliyində olan məsələlər səsə qoyulub və yekdilliklə qəbul olunub.
Sonda gündəlikdə duran məsələlərlə əlaqədar qərar layihəsi oxunub.
Ülviyyə HACIYEVA