3 mart 2021-ci il tarixdə Atletika Federasiyasının Şərur Rayon Bölməsi, Şərur Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “5 Mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş atletika üzrə rayon birinciliyi keçirilib.
Şərur Rayon Olimpiya İdman Kompleksi və Rayon Mərkəzi Stadionunda təşkil olunan yarışda 5 məktəb üzrə 70 idmançı iştirak edib.
Yarışın yekun nəticələrinə görə oğlanlar arasında Oğlanqala kənd tam orta məktəbinin şagirdləri 100 mert məsafəyə qaçışda Fərid Abdullayev, 200 mert məsafəyə qaçışda Ümid Muradov, 400 mert məsafəyə qaçışda Nihad Həsənov, 800 mert məsafəyə qaçışda isə Hidayət İmamquliyev I yerə, 1500 metr məsafəyə qaçışda isə Çərçiboğan kənd tam orta məktəbinin şagirdi Abbas Abbasov, oğlanlar arasında nizə atmada Yengicə kənd tam orta məktəbinin şagirdi Qədir Allahverdiyev, yadro itələmə növü üzrə həmin məktəbin şagirdi Əziz Heydərli I yerləri tutublar.
Qızlar arasında 100 mert məsafəyə qaçışda Kürkənd tam orta məktəbin şagirdi Nərmin Babayeva, 200 mert məsafəyə qaçışda həmin məktəbin şagirdi Zivər İsmayılova, 400 mert məsafəyə qaçışda Çərçiboğan kənd tam orta məktəbin şagirdi Elif Ramazanova, 800 mert məsafəyə qaçışda Yengicə kənd tam orta məktəbin şagirdi Zivər Nəbiyeva, 1500 metr məsafəyə qaçışda Oğlanqala kənd tam orta məktəbin şagirdi Ayşən Yusifova, qızlar arasında nizə atmada Çərçiboğan kənd tam orta məktəbin şagirdi İlahə Məmmədova, yadro itələmədə isə Yengicə kənd tam orta məktəbin şagirdi Səkinə Həsənli I yerə layiq görülübdür.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.
Ülviyyə HACIYEVA