• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Yeni tərkibdə yeni uğurlara imza atan Federasiya

Təbii ki, hər bir cəmiyyətin sağlam və fiziki cəhətdən güclü gənclərə ehtiyacı var. Buna görə də, gənclərin fiziki cəhətdən güclü olmalarını diqqət mərkəzində saxlayan Ali Məclis Sədrinin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, muxtar respublikada idmanda güclü hazırlıq tələb edən böyük nəticələr və gələcəkdə idmanın inkişafı istiqamətində qarşıya qoyulan vəzifələr uğurla və səylə həyata keçirilir. Muxtar respublikamızda bütün sahələrdə olduğu kimi idmanın inkişafı sahəsində də mühüm işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində ötən müddət ərzində muxtar respublika ümumtəhsil məktəblərində müasir standartlara cavab verən idman klubları, hər cür şəraiti olan olimpiya idman kompleksləri, üzgüçülük mərkəzləri, Atıcılıq Mərkəzi, Uşaq-Gənclər şahmat və idman məktəbləri tikilərək idmançıların istifadəsinə verilmişdir. Bu sahəyə olan qayğının nəticəsidir ki, muxtar respublikada idmanın müxtəlif növləri üzrə peşəkar idmançılar yetişdirilir, bu sahədə qazanılan nailiyyətlər ildən-ilə artır, ölkə və beynəl­xalq səviyyəli yarışlarda yüksək nəticələr əldə olunur.

 Muxtar respublikada müvafiq idman sahələri üzrə federasiyalar, o cümlədən Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası yeni tərkibdə fəaliyyətini davam etdirir. Federasiyanın strukturunda edilən dəyişikliklərdən sonra Yüngül Atletika Federasiyasının adı dəyişdirilərək Atletika Federasiyası olmuş və Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon Ağır atletika bölməsi ilə “Xatun” Bədii Gimnastika İdman klubu da federasiyanın tərkibinə daxil edilmişdi. Federasiya əvvəlki fəaliyyətindən fərqli olaraq əhatə etdiyi idman növləri üzrə muxtar respublikada kütləviliyin təmin olunmasına öz töhfəsini vermişdir. Belə ki, öz işini daha da genişləndirərək muxtar respublikada bu idman növlərinin kütləviləşməsini və inkişafını təmin etmək məqsədilə mühüm tədbirlər - yarışlar, birinciliklər, maarifləndirici seminarlar və digər tədbirlər təşkil edilmişdir.

Xüsusilə qeyd etmək yerinə düşər ki, 2020-2021-ci tədris ilinin əvvəlindən Federasiyanın şəhər və rayon bölmələrində atletika idman növü üzrə kütləviliyə nail olunması üçün təbliğat yönümlü tədbirlərin təşkili vaxtında və müvafiq qaydalara uyğun yerinə yetirildiyindən bölmələrə cəlb edilən idmançıların sayı artmışdır. Əgər Yüngül Atletika Federasiyası kimi fəaliyyət göstərən zaman idmançıların sayı 800-ə yaxın idisə, bu gün Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının ağır atletika, gimnastika və atletika bölmələrində bu idman növü ilə məşğul olan idmançıların sayı 1800-ə çatır. Həmçinin qeyd edək ki, həmin idmançılardan 700-dən çoxunu qadın atletlər təşkil edir.

İdmanın müxtəlif növlərinin inkişafı, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, eləcə də istedadlı idmançıların üzə çıxarılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”ın icrası məqsədilə ötən müddət ərzində Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 12 idman növü üzrə    186 idman klubu yaradılmışdır. Həmin idman klublarından 29-u atletika, 3-ü ağır atletika, 5-i isə bədii gimnastika klubudur. Yaradılan klubların fəaliyyətinin daha da inkişaf etdirilməsi məqsədilə klublar zəruri idman avadanlıqları - Atletika idman klubu üçün 10 dəst atletika səddi, 14 dəst yadro və 26 ədəd start qəlibləri, Gimnastika idman klubu üçün 108 ədəd gimnastika döşəyi, müxtəlif ölçüdə 15 ədəd fitnes topu, 20 ədəd gimnastika ipi və 10 ədəd gimnastika lenti, Ağır Atletika idman klubu üçün isə 3 dəst güc trenajoru, 4 ədəd trenajor aləti, 8 ədəd qrif, 1 ədəd velosiped, 1 ədəd xizək, 5 dəst ştanqa üçün plastik çəki diski ilə təmin olunmuşdur.

Yeni tərkibdə fəaliyyətini genişləndirən Federasiya artıq bu ildən başlayaraq atletikanın şəhər və rayon bölmələrində qaçış növləri ilə yanaşı ilk dəfə olaraq yadro itələmə və nizə atma növləri üzrə də yarışlar, məşğələlər keçirir. Belə ki, “5 mart – Bədən Tərbiyəsi və İdman Günü”, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!”, “Mən sağlam böyüyəcəyəm” devizi altında şəhər və rayon, muxtar respublika birincilikləri, zona birincilikləri, şagird və dərnək üzvləri arasında yarışlar, eləcə də məşqçi müəllimlər üçün ustad dərsləri və IV-VIII sinif şagirdləri arasında Əyləncəli idman oyunları keçirilmişdir. Federasiyanın Tədbirlər Planına uyğun olaraq Əyləncəli idman oyunlarının Naxçıvan şəhər mərhələsi baş tutmuş, rayonlarda da keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Gimnastika, Atletika və Ağır Atletika Federasiyaları ilə Azərbaycan və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri və Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının birgə əməkdaşlığı çərçivəsində tədbirlərin keçirilməsi və gələcəkdə bu idman növləri üzrə muxtar respublikada məşqçi müəllimlərin təcrübələrinin daha da artırılması məqsədilə gimnastika, ağır atetika və atletika idman növləri üzrə beynəlxalq səviyyəli seminar və kursların keçirilməsi də nəzərdə tutulmuşdur.

Atletika Federasiyasının tabeliyində fəaliyyət göstərənə “Xatun” Bədii Gimnastika İdman klubu əvvəllər idman ictimai birliyi kimi bir bölmə ilə fəaliyyət göstərirdisə, bu gün fəaliyyət dairəsini genişləndirərək beş bölmə ilə öz fəaliyyətini davam etdirir. Muxtar respublikanın ümumtəhsil məktəblərində yaradılan idman klublarında kadr potensialını foamalaşdırmaq məqsədilə ümumtəhsil məktəblərində Fiziki tərbiyə fənnini tədris edən və gimnastika müəllimi kimi fəaliyyət göstərən müəllimlər üçün ilk dəfə seminar təşkil olunub. Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan seminarda Şərur və Ordubad rayon təhsil müəssisələrinin, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, “Naxçıvan” Universtiteti, Naxçıvan Dövlət Texniki Kolleci, Tibb Kolleci və Naxçıvan şəhər 5 və 14 nömrəli tam orta məktəblərin ümumilikdə 15 Fiziki tərbiyə müəllimi iştirak edib. Azərbaycan Gimnastika Federasiyasının üzvü Humay Qafarovanın apardığı seminarlar Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində keçirilir. Seminarlarda müvəffəqiyyət göstərən müəllimlərə sertifikatlar təqdim olunacaq. Həmin seminarlarda iştirak edərək sertifikat əldə edən müəllimlər isə ümumtəhsil məktəblərində yaradılan idman klublarında da öz fəaliyyətlərini davam etdirə biləcəklər.

Bundan başqa muxtar respublikada ilk dəfə olaraq Federsiyanın təşkilatçılığı ilə Ordubad və Şərur rayonlarında fəaliyyət göstərən ağır atletika bölmələrinin məşqçi müəllim və idmançı şagirdləri üçün ustad dərsləri keçirilmişdir.

Onu da qeyd edək ki, mayın 18-də ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında 5 km kross qaçışı üzrə muxtar respublika açıq birinciliyinin keçirilməsi də Federasiyanın Tədbirlər Planında yer almışdır.

Bütün bunlar isə Federasiyanın inkişafında istənilən nəticələrin əldə olunmasına əsas verir.

Ülviyyə HACIYEVA

                                            
                                      

 
066730
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
120
83
492
898
66730

Tarix: 22 -12-2024