• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Bədii gimnastika kursunu uğurla başa vuranlara sertifikatlar təqdim edilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Atletika Federasiyasının təşkilatçılığı ilə 22 aprel-27 may tarixlərində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən bədii gimnastika kursunu bitirən müəllimlərə sertifikatlar təqdim edilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri, Atletika Federasiyasının sədri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikada bədii gimnastikanın inkişafı, bu idman növü üzrə idmançıların hazırlanması diqqətdə saxlanılır. Hazırda Atletika Federasiyasının tabeliyində fəaliyyət göstərən “Xatun” Bədii Gimnastika İdman klubunda 100, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 35, Ordubad Rayon Uşaq-Gənclər İdman Məktəbində 20, Naxçıvan Dövlət Texniki Kollecində 15, Naxçıvan Qızlar Liseyində 10 olmaqla, ümumilikdə 180 qız gimnastika ilə məşğul olur. Vurğulanıb ki, uşaqların kiçik yaşlardan idmana cəlb olunması, o cümlədən gimnastika ilə məşğul olması, onların sağlam böyümələrinə, eyni zamanda bu idman növünə marağı artırmaqla yanaşı, muxtar respublikada peşəkar idmançıların artmasına da mühüm töhfələr verəcəkdir.

 Federasiyanın sədri bədii gimnastika üzrə məşqçi-müəllim hazırlığı məqsədilə təşkil edilən 1 aylıq kursun əhəmiyyətindən danışaraq bildirib ki, bədii gimnastika üzrə məşqçi-müəllimlərin hazırlanması həm ümumtəhsil məktəblərində, həm də ali və orta ixtisas təhsili müəssisələrində bu idman növünün inkişafına öz töhfəsini verəcəkdir. Bu təhsil müəssisələrində bədii gimnastika idman klubları yaradılacaq, həm şagirdlər, həm də tələbələr bədii gimnastika ilə məşğul olmaq imkanı əldə edəcəklər.

Sonra kursu müvəffəqiyyətlə bitirən Naxçıvan şəhər 5 və 14 nömrəli, Naxçıvan Qarnizonu tam orta məktəblərinin, Şərur və Ordubad rayonlarının əhatə etdiyi ümumtəhsil məktəblərinin müəllimləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri olmaqla, ümumilikdə 15 müəllim və tələbəyə sertifikatlar, kursu yüksək səviyyədə təşkil etdiyinə görə “Xatun” Bədii Gimnastika klubunun rəhbəri Humay Qafarovaya Federasiyanın təşəkkürnaməsi təqdim olundu.

Tədbirin sonunda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Bədii gimnastika dərnəyinin üzvləri güc, elastiklik tələb edən tarazlıq, fırlanma və salto elementlərindən ibarət nömrələrlə çıxış etdilər.

n Muxt

                                            
                                      

 
066742
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
132
83
504
910
66742

Tarix: 22 -12-2024