• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Ağırlıqqaldırma üzrə yoldaşlıq görüşü

Şərur və Ordubad ağır atletika bölmələrinin idmançıları yoldaşlıq görüşündə qüvvələrini sınayıblar. Şərur Olimpiya İdman Kompleksində reallaşan yarışda idmançılar birdən və təkanla qaldırma hərəkətlərini icra ediblər. Nəticə iki hərəkətin cəminə əsasən hesablanıb.
2011-2013-cü il təvəllüdlü atletlər arasında Məhərrəm Qurbanlı (cəm: 65 kq), İbrahim Allahverdiyev (41 kq), Mikayıl Novruzov (39 kq) və Ramal Cəlilov (28 kq) fərqləniblər.
2004-2008-ci il təvəllüdlü atletlər arasında isə Həsən Babayev (175 kq), Gülcahan Əliyeva (103 kq), İlkin Kərimov (71 kq) və Əlirza Hüseynov (50 kq) uğurlu nəticəyə nail olublar.

Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov və Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov turnirin keçirilmə məqsədi, ağırlıqqaldırma idman növünün inkişafı barədə danışıblar. Çıxış edənlər iştirakçılara uğurlar arzu ediblər. Sonra yarış iştirakçılarına diplom təqdim edilib.
Gənclər və İdman Nazirliyi və Atletika Federasiyası tərəfindən birgə təşkil olunan yoldaşlıq görüşündə 16 idmançı iştirak edib.

                                            
                                      

 
066735
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
125
83
497
903
66735

Tarix: 22 -12-2024