Bakı şəhərində 10 -11 iyun 2021-ci il tarixlərdə atletika üzrə Azərbaycan çempionatı keçirilib. Ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının yetirməsi Miryusif Seyidov da iştirak edib. İdmançımız ona bəslənilən ümidləri doğruldaraq mükafatçılar sırasına düşüb. Belə ki, o, 1500 metr məsfədə üçüncü yerə, 3000 metr məsafəyə qaçışda finiş xəttinə birinci çatıb. Qeyd olunan məsafələri qət edən təmsilçimiz bu göstərici ilə Azərbaycan çempionu adına layiq görülüb.
Sonda idmançımız təşkilatıçılar tərəfindən diplom və medallarla təltif olunub.
Atletimizi təbrik edirik!
Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının mətbuat xidməti