• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Atletikanın yadro itələmə və nizə atma növləri üzrə şəxsi birincilik keçirilib

16 iyun 2021-ci il tarixdə Muxtar Respublika Stadionunda “26 iyun-Silahlı Qüvvələr günü” münasibətilə 2005-2008-ci il təvəllüdlü oğlan atletlər arasında atletikanın yadro itələmə və nizə atma növləri üzrə şəxsi birincilik keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Naxçıvan Şəhər Bölməsinin birgə təşkil etdiyi birincilikdə 30 idmançı iştirak edib. Yadro itələmə növündə idmançılar yadronu diametri 213,5 sm olan məhdudlanmış çevrə içərisindən meydanın nişanlanmış bölməsinə tullamışlar. Şəxsi xarakter daşıyan birinciliyin yekununa əsasən Əkbər Qənbərli I yerə, Uğur Məhərrəmov II yerə, Əlipənah Məmmədov isə III yerə layiq görülüb. Nizə atma növündə isə idmançılar 8-12 metr qaçaraq sürət götürüb, yerə çəkilmiş xəttə çatanda isə qollarını arxaya verib və sonra var gücləri ilə nizəni meydanın nişanlanmış bölməsinə atıblar.

         Yekunda İsmayıl Orucov I yerə, Abdulla Süleymanov II yerə, Ziya Dünyamalıyev isə III yerə layiq görülüb. Sonda yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin diplomları, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Naxçıvan Şəhər Bölməsinin isə hədiyyələri təqdim olunub.

                                            
                                      

 
057135
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
30
40
222
1232
57135

Tarix: 25 -04-2024