• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Ölkə çempionları ilə görüş keçirilib

Bakı şəhərində atletika üzrə keçirilən Azərbaycan çempionatının qalibləri, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının idmançıları Əmrah Nağıyev və Miryusif Seyidovla görüş keçirilib.

Görüşdə iştirak edən Atletika Federasiyasının sədri Rəhman Məmmədov muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi idmanın inkişafı sahəsində də mühüm işlər görülmüşdür. Bu sahəyə olan qayğının nəticəsidir ki, muxtar respublikada idmanın müxtəlif növləri üzrə peşəkar idmançılar yetişdirilir, bu sahədə qazanılan nailiyyətlər ildən-ilə artır, ölkə və beynəl­xalq səviyyəli yarışlarda yüksək nəticələr əldə olunur.

 

          Bildirilib ki, muxtar respublikada müvafiq idman sahələri üzrə federasiyalar fəaliyyət göstərir ki,  bu federasiyalardan biri də Atletika Federasiyasıdır. Bu gün federasiyanın tərkibində ağır atletika və bədii gimnatika bölmələri yaradılıb və 1800-dən artıq  idmançı atletika ilə məşğul olur.  İdmançılar mütəmadi olaraq məşqlərə cəlb olunur,  atletika üzrə idman oyunlarında iştirakları təmin edilir. Bu idman növünün əhatə dairəsi genişləndirilir və muxtar respublikada kütləviliyin təmin olunması üçün zəruri işlər görülür.

         Məhz bunun nəticəsidir ki, federasiyasının 2 idmançısı iyun ayının əvvəllərində Bakı şəhərində keçirilən ölkə birinciliyində birinci yerin  qalibi olmuşlar.

        Rəhman Məmmədov atletləri təbrik edərək, bu nəticənin idmançılara stimul verəcəyini, onların daha böyük qələbələrə ruhlanmasına səbəb olacağını deyib.

        Qeyd edək ki, federasiyanın idmançıları Əmrah Nağıyev böyük atletlər arasında 3000 metr məsafəni 9 dəqiqə 32 saniyədə qət edərək qalib olmuş, qızıl medal və diploma, Miryusif Seyidov isə yeniyetmələr arasında 1500 metr məsafədə bürünc, 3000 metr məsafəni 11 dəqiqə 3 saniyə qət edərək qalıb olmuş, qızıl medal və diploma layiq görülmüşlər.

        Sonda Federasiyanın sədri Rəhman Məmmədov Əmrah Nağıyevi və Miryusif Seyidovu pul mükafatı və diplomla təltif edib. Çempionatın iştirakçılarına bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

                                            
                                      

 
066741
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
131
83
503
909
66741

Tarix: 22 -12-2024