• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Kross qaçışı üzrə Ordubad rayon açıq turniri keçirilib

26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunan yarışda Ordubadla yanaşı, Naxçıvan şəhəri, Babək, Culfa və Şahbuz rayonlarını təmsil edən komandalar (ümumtəhsil məktəblərinin atletika klubları) iştirak edib. Hər komandadan 5 qız, 5 oğlan atlet olmaqla ümumilikdə 50 idmançı qələbə uğrunda mübarizə aparıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atletika Federasiyası tərəfindən birgə təşkil olunan yarış əlamətdar günün idmançılar arasında qeyd edilməsi, atletika idman növlərində kütləviliyin təmin olunması və istedadlı idmançıların müəyyən edilərək yığma komandaya cəlbi məqsədilə keçirilib.

 

Ordubad şəhər – Kotam kənd magistral yolunda 3000 metrlik məsafə üzrə reallaşan turnirin nəticələrinə əsasən, oğlanlar arasında Murad Cəfərov (Ordubad) finişə hamıdan qabaq çatıb. O, məsafəni 22 dəqiqə 36 saniyə ərzində qət edib. Əliabbas Səfərovla (Naxçıvan) Səid Yəhyayev (Ordubad) ikinci, üçüncü sıralarda qərarlaşıblar. Qızlar arasında isə Sevinc Əliyeva qalib olub. Naxçıvan təmsilçisi bu uğura 27:01 dəqiqəlik göstərici ilə nail olub. Nilufər Quliyeva (Naxçıvan) ilə Rəna Cəfərova (Ordubad) turnirin ikinci, üçüncü pillələrdə tamamlayıblar.

Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov və Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov yarışın əhəmiyyətindən bəhs edib, maraqlı idman mübarizəsinə görə iştirakçılara təşəkkürlərini ifadə ediblər.

İlk üçlükdə qərarlaşan və fərqlənən atletlərə təşkilatçıların diplom və medalları təqdim edilib.

                                            
                                      

 
066744
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
134
83
506
912
66744

Tarix: 22 -12-2024