• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Atletikanın yadro itələmə və nizə atma növləri üzrə yarış keçirilib

1 iyul 2021-ci il tarixdə Muxtar Respublika Stadionunda məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə qızlar arasında atletikanın yadro itələmə və nizə atma növləri üzrə şəxsi birincilik keçirilib. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Naxçıvan Şəhər Bölməsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi birincilikdə 20 idmançı iştirak edib. Yadro itələmə növündə idmançılar yadronu diametri 213,5 sm olan məhdudlanmış çevrə içərisindən meydanın nişanlanmış bölməsinə tullamışlar.

 

Şəxsi xarakter daşıyan birinciliyin yekununa əsasən Əfsanə Babayeva I yerə, Səma Allahverdiyeva II yerə, Ulduz Hümbətzadə isə III yerə layiq görülüb. Nizə atma növündə isə idmançılar 8-12 metr qaçaraq sürət götürüb, yerə çəkilmiş xəttə çatanda isə qollarını arxaya verib və sonra var gücləri ilə nizəni meydanın nişanlanmış bölməsinə tullamışlar. Şəxsi xarakter daşıyan birinciliyin yekununa əsasən Günayə Həsənova I yerə, Sevil Məhərrəmova II yerə, Surə Vəliyeva isə III yerə layiq görülmüşdür.

Sonda yer tutan idmançılara təşkilatçıların diplomları təqdim olunub.

                                            
                                      

 
057057
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
137
7
144
1154
57057

Tarix: 23 -04-2024