• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Şərur rayon ümumtəhsil məktəblərinin Atletika klubları arasında rayon birinciliyi keçirilmişdir

2 iyul 2021 - ci il tarixdə Şərur rayon Təhsil şöbəsi, Şərur rayon Gənclər və İdman idarəsi və Naxçıvan Muxtar Respublikası Atletika federasiyasının Şərur rayon bölməsinin birgə təşkilatçılığı ilə oğlan və qız atletlər arasında atletika üzrə Şərur rayon birinciliyi keçirilmişdir. Yarışda 10 məktəbdən 20 şagird iştirak etmişdir. Yarışın proqranına yadro və nizə atma daxil edilmişdir. Yarışın keçirilməsində məqsəd idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsi, atletika idman növünün yeniyetmə və gənclər arasında təbliğ edilməsi, idmançıların yarış bacarıqlarının yüksəldilməsindən və şagirdlərin asudə vaxtlarının səmərəli təşkil etməkdən ibarət olmuşdur.

 

Qızlar arasında yadro itələmədə I yeri Yusifova Aysən, II yeri Darbazova Günel, III yeri Əliyeva İnci, nizə atmada I yeri Yusifova Aysən , IIyeri Məmədova Sunay, III yeri Əsədli Tamam , tutmuşdur. Oğlanlar arasında yadro itələmədə I yeri Seyidov Nihad, II yeri Abdullayev Fərid, III yeri Əlizadə Uğur, nizə atmada I yeri Qurbanov Talıb, II yeri İmanquliyev Sübhan, III yeri Axundov Elmir tutmuşdur.

Yarışın qalibləri Şərur rayon Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunmuşdur.

                                            
                                      

 
057167
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
16
46
254
1264
57167

Tarix: 26 -04-2024