• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilmişdir

Avqustun 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberq və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələri haqqında geniş məlumat verərək bildirmişdir ki,  müstəqillik dövründə muxtar respublikada bütün təhsil müəssisələri, o cümlədən məktəb binaları, məktəbəqədər və məktəbdənkənar təhsil, musiqi məktəbləri, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris binaları tikilib istifadəyə verilmişdir.

 

Tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələrində müasir elm və təhsil infrastrukturu formalaşdırılmışdır. Bunlarla yanaşı şagirdlərin asudə vaxtlarının, onların intellektual səviyyəsini və istedadlarının üzə çıxarılması məqsədilə muxtar respublikada məktəbdənkənar təhsil müəssisələri, şahmat və musiqi məktəbləri fəaliyyət göstərir.

Qonaqlara ümumtəhsil müəssisələrində tətbiq edilən yeni təhsil metodları, interaktiv və nümunəvi dərslər, istedadlı şagirdlərlə aparılan iş, şahmat dərslərinin tədrisi, müəllim hazırlığı, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin dərslik, dərs vəsaiti və bədii ədəbiyyatla təmin edilməsi, liseylərdə təhsil alan şagirdlərin dövlət hesabına isti yemək və yataqla təmin edilməsi barədə məlumat verilmişdir.

Səmimi qəbula görə təşəkkür edən səfir Örl Litzenberqer təhsillə bağlı qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən bəhs etmişdir. Söhbət zamanı Amerika Birləşmiş Ştatları tərəfindən təşkil edilən virtual seminarlarda muxtar respublikanın ümumtəhsil məktəblərində ingilis dilini tədris edən müəllimlərin, mübadilə proqramlarında isə təhsil alan şagirdlərin iştirakı barədə fikir mübadiləsi aparılmışdır.

                                            
                                      

 
066725
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
115
83
487
893
66725

Tarix: 22 -12-2024