Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının 2021-ci ilin yekunu və 2022-ci ildə görüləcək işlərə dair hesabat yığıncağı keçirilib. Atletika Federasiyasının sədri Rəhman Məmmədov və Gənclər və İdman naziri Ramil Hacılı çıxış etmiş, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının 2021-ci ilə dair hesabatı dinlənilmiş, qazanılan nailiyyətlər, ölkə və beynəlxalq səviyyəli yarışlarda əldə olunan yüksək nəticələr barədə məlumat verilmişdir. Yığıncaqda 2022-ci ildə Federasiyanın fəaliyyətinin daha da inkişaf etdirilməsi, həmçinin komandaların tərkibinin gücləndirilməsi ilə bağlı tapşırıqlar verilmiş, 2022-ci ilin tədbirlər planı təsdiq edilmişdir.
Yekunda səmərəli fəaliyyəti ilə fərqlənən federasiyanın bölmə rəhbərləri, məşqçi-müəllimlər və bir qrup idmançı təşəkkürnamə, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.