• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Birinciliyin qalibləri müəyyən olub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş kross qaçışı üzrə ali və orta ixtisas təhsili müəssisələrinin, o cümlədən şəhər və rayon komandalarının oğlan və qız atletləri arasında keçirilən Naxçıvan Muxtar Respublika açıq birinciliyinə yekun vurulub.
 Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atletika Federasiyasının birgə təşkil etdiyi birincilik Duzdağ magistral yolunun 5 kilometrlik məsafəsində keçirilib. Turnirdə 170-dən çox atlet mübarizə aparıb.
 Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı bildirib ki, bu gün muxtar respublikamızda nüfuzlu idman tədbirlərinin keçirilməsi üçün hər cür şərait yaradılıb. Bütün idman obyektləri, idman zalları, eləcə də məktəblərin idman zalları yenidən tikilib və ya bərpa olunaraq istifadəyə verilib. Bu da yeniyetmə və gənclərin fiziki sağlamlıq və idman vərdişlərinin formalaşmasında mühüm rol oynayır. Bu gün kross üzrə keçirilən yarışda yeniyetmə və gənclərin iştirakı, onların birincilik uğrunda mübarizə aparması bunun bariz nümunəsidir. Bir daha birinciliyin bütün iştirakçılarını və qaliblərini təbrik edir, Naxçıvanda idmanın inkişafına göstəridiyi diqqət və qayğıya görə idman ictimaiyyəti adından muxtar respublika rəhbərinə dərin minnətdarlığımı bildirirəm.
         Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədri Rəhman Məmmədov çıxışında vurğulayıb ki, ölkəmizdə idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyi dövründə digər sahələr kimi, idmana da qayğı ilə yanaşıb. Muxtar respublikamızda da bütün sahələrdə olduğu kimi, təhsil və idmanın inkişafına xüsusi diqqət yetirilir. Bu gün diyarımızda idmanın inkişafı istiqamətində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Müasir idman infrastrukturunun, eyni zamanda idmanın müxtəlif növləri üzrə federasiyaların fəaliyyət göstərməsi yeniyetmə və gənclərin idmana kütləvi şəkildə cəlb olunmasına imkanlar açır. Belə federasiyalarda biri də Atletika Federasiyasıdır. Federasiyamız son iki ildə muxtar respublikada bu sahənin inkişafı üçün mütəmadi olaraq tədbirlər keçirir, yarışlar təşkil edir, məşqçilərin təcrübələrinin artırılması üçün seminarlar təşkil olunur. Bunun nəticəsidir ki, idmançılarımız keçirilən ölkə çempionatlarında uğurla çıxış edirlər.
         Rəhman Məmmədov qeyd edib ki, Naxçıvanda istifadəyə verilən yeni tikililər arasında idman obyektlərinin çoxluq təşkil etməsi mühüm hadisədir. Bu, digər növləri kimi atletikanın da kütləviliyin təmin edilməsinə şərait yaradır. Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiklərini də diqqətə çatdıran federasiya sədri yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib, birincilikdə iştirak edən hər bir idmançını təbrik edib, onlara uğurlar arzulayıb.
         Birinciliyin yekun nəticəsinə gəlincə, oğlanlar arasında Rəhim Əliyev (Hərbi Lisey) finiş xəttinə hamıdan tez çatıb. Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Taleh Yaqublu ikinci, Ordubad idmançısı Sənan Əsgərov isə üçüncü olub.
         Qızların mübarizəsində isə ilk üç pillədə Sədərək idmançıları qərarlaşıb. Belə ki, Aysu Abbasova birinciliyin qalibi adını qazanıb. Zeynəb Babayeva və Zülfiyyə Süleymanova isə finiş xəttinı ikinci və üçüncü çatıblar.
         Sonda ilk on pillədə qərarlaşan idmançılara diplom, fəxri fərman və hədiyyələr təqdim olunub.
                                            
                                      

 
066652
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
42
83
414
820
66652

Tarix: 22 -12-2024