• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

İdmançılarımız beynəlxalq turnirdə uğur qazanıblar

  Gürcüstanın paytaxtı Tbilisi şəhərində ənənəvi olaraq keçirilən “Tbilisi marafonu”na yekun vurulub. Marafonçular şəhərin mərkəzi yolları ilə 10 və 21 kilometrlik məsafələri qət ediblər. 18 ölkənin 1370 idmançısının iştirak etdiyi beynəlxalq marafonda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev də mübarizə aparıb və uğurlu nəticə əldə edib. Belə ki, 10 kilometr məsafədə idmançımız ümumi olaraq finiş xəttinə 10-cu çatıb. Eyni zamanda idmançımız 37 dəqiqə 29 saniyəlik nəticə ilə 20-24 yaş kateqoriyasında 3-cü yerə layiq görülüb.
       Əmrah Nağıyev təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.
  23-25 sentyabr tarixləri arasında Gürcüstanın paytaxtı Tbilisi şəhərində gimnastika hamı üçün növü üzrə beynəlxalq turnir keçirilib. “Tbilisi gimnastikası” üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycan yığma komandası da mübarizə aparıb. Qonşu ölkəyə yollanan millinin heyətində Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının bədii gimnastika bölməsinin baş məşqçisi Humay Qafarova da yer alıb. İdmançımız yığmanın heyətində qalib adını qazanıb.
 Sonda qalib idmançılarımız  diplom və medalla təltif olunublar.
 
                                            
                                      

 
066629
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
19
83
391
797
66629

Tarix: 22 -12-2024