Oktyabrın 14-də Şərur Rayon Təhsil Şöbəsi, Şərur Rayon Gənclər və İdman İdarəsi və Atletika Federasiyası Şərur rayon bölməsinin birgə təşkilatçılığı ilə "18 oktyabr - Müstəqilliyin Bərpası Günü"-nə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin qız atletləri arasında 100, 200 və 400 metr məsafəyə qaçış üzrə rayon birinciliyi keçirilmişdir.Yarışda 11 məktəbdən 44 şagird iştirak etmişdir.Yarışın nəticələrinə əsasən 100 metr məsafəyə qaçış üzrə I yeri Gülşah Nağıyeva, II yeri Ayla Nağıyeva, III yeri isə Zəhra Süleymanova , 200 metr məsafəyə qaçış üzrə I yeri Sunay Məmmədova, II yeri Şəbnəm Qasımova, III yeri isə Sevgi Yusifova, 400 metr məsafəyə qaçış üzrə isə I yeri Jalə Hacıyeva, II yeri Yağmur Cəfərova, III yeri isə Duyğu Ələkbərova tutmuşdur.Sonda qalib idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılmışdır.