Nabran şəhərində kross üzrə Azərbaycan çempionatı keçirilib. Çempionatda Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının iki idmançısı mübarizə aparıb. Hər iki idmançımız uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, 3 kilometr məsafədə mübarizə aparan Cəbrayıl Yunisov ölkə çempionatında bürünc medal qazanıb. 6 kilometr məsafə üzrə keçirilən yarışda isə idmançımız Əmrah Nağıyev bütün rəqiblərini geridə qoyaraq finiş xəttinə birinci çatıb. Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.