• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Kross turniri

26 fevral Xocalı faciəsinin 24 -cü ildönümünə  həsr olunmuş Heydər Əliyev adına Hərbi Lisey kursantları arasında  Muxtar  Respublika turniri keçirilmişdir.

 

       Dünən Naxçıvan-Duzdağ magistral yolunda Xocalı soyqırımına həsr olunmuş Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında kross qaçışı üzrə Naxçıvan şəhər turniri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Naxçıvan Şəhər Gənc­lər və İdman İdarəsi, Heydər Əliyev adına Hərbi Liseyin birgə təşkil etdiyi turnirdə 100-ə yaxın kursant mübarizə aparıb. Turnirin açılışından öncə Xocalı soyqırımında həyatını itirmiş həmvətənlərimiz bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən federasiyanın sədr müavini İntiqam Əliyev, nazirliyin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov 24 il öncə baş vermiş faciə haqqında iştirakçıları məlumatlandırıblar. Qeyd edilib ki,

turniri keçirməkdə məqsəd həm də kursantlardan ibarət yığmanı formalaşdırmaq və yüngül atletikanı muxtar respublikada gənclər arasında təbliğ etməkdir.

        3 kilometr məsafədə keçirilən kross yarışının nəticələrinə əsasən, Cəfər Quliyev bütün rəqiblərini arxada qoyaraq finiş xəttinə birinci çatıb. İlkin Əsgərov və Nurəddin Broyev isə ikinci və üçüncü olublar. Reqlamentə görə, ilk 10 pillədə qərarlaşan Ziyarət Vəliyev, Eldəniz Nağıyev, Qurban Abdullayev, Eşqin Abdullayev, Mustafa Musayev, İlkin Kərimov və Nurlan Məhərrəmov da qalib adını qazanıblar.
Sonda qaliblərə təşkilatçıların diplom və fəxri fərmanları, federasiyanın hədiyyələri təqdim edilib.

 

 

 

                                            
                                      

 
056776
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
2
144
637
873
56776

Tarix: 20 -04-2024