• 1.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Muxtar respublika turnirində tələbələr 5 kilometr məsafəni qət ediblər

      Ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız atletləri arasında “Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə muxtar respublika turniri keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi turnirdə atletlər 5 kilometrlik məsafəni qət etməyə çalışıblar.
       Yarışın yekun nəticəsinə əsasən, Ordubad təmsilçisi Əmrah Nağıyev oğlanların mübarizəsində birinciliyi əldə edib. Kərim Quliyev ikinci, Cavid Qasımov üçüncü olub.

Ardını oxu...

İdmançılarımız Azərbaycan birinciliyinin qalibi olublar

         Bakı şəhərindəki Respublika Olimpiya Mərkəzində yüngül atletika üzrə 2000-2001-ci illər təvəllüdlü oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. 
     13 gün davam edən birincilikdə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının 12 nəfərdən ibarət komandası da iştirak edib. İdmançılarımızın ölkə birinciliyində uğurlu çıxışı diqqətdən yayınmayıb. Belə ki, ən yüksək nəticəni qızlar arasında 1500 metr məsafədə Telli Abbasova göstərib. O, finiş xəttini ikinci keçərək Azərbaycan birinciliyində gümüş medal qazanıb. Gülafət Müslümova isə ilk üçlükdə yer almağa müvəffəq olub. O, komandamıza bürünc medal qazandırıb. 

Ardını oxu...

Ötən ilin nəticələri müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası 2016-cı ilin yekunları və cari ildə qarşıda duran vəzifələr mövzusunda yekun iclas keçirib. İclası giriş sözü ilə açan federasiyanın sədri Rövşən Məmmədov bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında bütün sahələrə olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafına da xüsusi diqqət yetirilir. Hər il istifadəyə verilən yeni quruculuq obyektləri arasında idman müəssisələri üçün binalar da yer alır. 2002-ci ildə idman federasiyalarının yaradılması muxtar respublikada idmanın inkişafına öz töhfəsini verib. Bu federasiyalardan biri də Yüngül Atletika Federasiyasıdır. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində hər ilin

Ardını oxu...

                                            
                                      

 
066109
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
25
21
25
277
66109

Tarix: 09 -12-2024